Prezident İlham Əliyevin sərəncamı ilə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib. Bu sərəncamla o, mədəniyyət naziri təyin olunanadək həmin vəzifəni müvəqqəti icra edəcək.
ONN media xəbər verir ki, Adil Qabil oğlu Kərimli 1979-cu ildə doğulub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.
Bu təyinata qədər Adil Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışıb.
2012-ci ildən bu vəzifədə çalışan Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib. Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.
O, Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələrində və bir sıra ölkələrdə təşkil olunan Azərbaycan mədəniyyəti günləri üzrə İşçi Qrupunun üzvü olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi də çalışıb.
“Avroviziya” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi Qrupuna rəhbərlik edib. Eyni dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsində fəaliyyət göstərib.



İlham Əliyev sərəncam imzaladı
Adil Kərimli nazir təyin oluna bilər?
Yüksək vəzifəyə təyin edilən Elnur Əliyev kimdir? - DOSYE
Anar Kərimov ona VƏZİFƏ VERDİ
Prezidentin yeni köməkçisi Anar Ələkbərov kimdir? — DOSYE
Heydər Əliyev Sarayına direktor TƏYİN EDİLDİ
Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT
SON DƏQİQƏ! İlham Əliyev onu NAZİR TƏYİN ETDİ
Nazirlikdə daha bir TƏYİNAT
Azərbaycanda bu nazirliklər ləğv olunacaq
Nazir İlham Qasımova yüksək vəzifə verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 