Əliyevlə Paşinyanın Sankt-Peterbuqrda görüşü keçirilməyəcək, hərçənd, Peskov “tərəflər istəsə, görüş təşkil oluna bilər” demişdi. Və görünür, tərəflər istəməyib, daha dəqiq desək, görüşdən qaçan Ermənistandır.
Moskvada XİN rəhbərləri səviyyəsində üçtərəfli görüşdən imtina edən İrəvan liderlərin də təmasından yayınır və aydındır ki, səbəbsiz-məqsədsiz deyil:
Birincisi, görüşdə Laçın yolunun müzakirə ediləcəyi amilidir: əslində İrəvan “Laçın yolu”nun açılmasını bu qədər istəyirsə, XİN rəhbərlərinin də, liderlərin də görüşündə maraqlı olmalı idi; bundan imtina etməklə,
- “Rusiya Qarabağdakı erməniləri qoruya bilmir” fikrini gücləndirir və məsələdən Moskvaya qarşı istifadə edir;
- Avropada Bakıya qarşı beynəlxalq təzyiqin hazırlanması cəhdlərinə ümid edir: əgər Laçın yolundakı aksiya Rusiyanın yox, Qərbin Bakıya təzyiqi ilə dayandırılsa, bu, Moskvanın məğlubiyyəti olacaq.
O da aydındır ki, üçtərəfli görüş keçirilsəydi, Laçın yolu ilə başlanan müzakirələrin sonu üçtərəfli razılaşmaların icrası tələbi ilə yekunlaşacaqdı və Paşinyan qaçmaqla prosesi uzadır.
İkincisi, sülh müqaviləsinin müzakirəsidir: Bakı qəbul etməsə də, Paşinyan Fransanın vasitəçiliyinə, o cümlədən, üçtərəfli razılaşmalardan yayınmaq və Qarabağdakı separatçıları “qəbul edilməsi” məsələsində Parisin dəstəyinə ümid edir, eyni zamanda, BMT TŞ-də gözlənilən növbəti müzakirələrlə Bakının təkcə Laçın yolu məsələsində yox, sülh müqaviləsində də geriyə düşə biləcəyini “hesablayır”; anlayır ki, Rusiya masasında sülh müqaviləsinin müzakirəsi Əliyevin üçtərəfli razılaşmaların icrası tələbinin kölgəsində keçəcək;
Bunun fonunda Bayramovla Lavrov ikitərəfli görüşdüyü kimi, Əliyevlə Putin də eyni formatda müzakirələr apara bilər. Bakı-Moskva xəttində ciddi fikir ayrılığı olsa da, üçtərəfli razılaşmaların praktiki icrası məsələsində ortaq mövqelərin tapılması istisna deyil, xüsusilə Bakının davamlı gündəmdə saxladığı erməni silahlı dəstələrinin çıxarılması bəndi üzrə. Düz məntiq rusların sülh prosesində iştirakçılığının mövcud vəziyyətdə Bakının istədiklərini verməkdən keçdiyini deməyə əsas verir.
Bakı böyük ehtimalla praktiki addımlarının miqyasını beynəlxalq müstəvidə hazırlanan erməni təxribatının mümkün təsirlərinə uyğun müəyyən edəcək



Putin, Əliyev və Paşinyan görüşü niyə gizli keçirilib?
Paşinyan İlham Əliyevlə görüşdən danışdı
Paşinyan Putinə zəng etdi- NƏ MÜZAKİRƏ OLUNDU?
Paşinyan İlham Əliyevlə görüşdən DANIŞDI
Sabah Laçın yolunda nələr baş verəcək?
Mirzoyan görüşdən niyə imtina etdi?
Paşinyan Moskvaya yola düşdü
Moskvada üçtərəfli görüş: Zəngəzurla bağlı qərar olacaq?
Əliyevlə Putinin təkbətək görüşü: Bakı-Moskva xəttində hər şey qaydasındadır
Paşinyan İlham Əliyevlə görüşdən imtina etdi
Mirzoyan sabahkı görüşdən niyə imtina etdi?
İlham Əliyevlə Paşinyan bu gün görüşə bilər?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 