Çinin ölkəyə gələnlər ilə bağlı karantin qaydalarını yanvarın 8-dən etibarən ləğv edəcəyi qərarından sonra digər dövlətlərdə də quru sərhədlərin açılması məsələsi gündəmə gəlib.
ONN media xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov Feysbukda yazıb.
O bildirib ki, 2023-cü ildə dünyada yoluxma sayının azalması gözlənildiyindən bu qlobal ticarətə də təsirsiz ötüşməyəcək:
"Azərbaycanda quru sərhədlərin açılması qonşu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq. Çünki qonşu ölkələrdə yoluxma sayı quru sərhədlərin açılmasına təsir edən əsas faktordur. Yoluxma sayında azalmalar müşahidə olunsa da, son günlər xüsusən qonşu Rusiyada koronavirusa yoluxanların sayında artımlar var. Bu kontekstdən quru sərhədlərin açılması ilə bağlı qərar birbaşa quru sərhədi olduğumuz ölkələrdə yoluxma sayından asılıdır. Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur. Bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Azərbaycana turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu eyni zamanda, Azərbaycan vətəndaşları üçün qonşu ölkələrə daha asan səfər imkanları baxımından vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımdan əhəmiyyətlidir. Amma iqtisadi məsələ olmaqla yanaşı təbii ki, qonşu ölkələrdə olan yoluxma sayı və epidemioloji vəziyyətin dəyişməsi bu məsələdə qərarın verilməsində əsas faktor olaraq qalmaqdadır. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını xeyili tezləşdirə bilər".



Quru sərhədlər seçkidən sonra açılacaq?
Quru sərhədləri nə vaxt açılacaq? - AÇIQLAMA
COP29 ərəfəsində quru sərhədlər açılacaq?
Quru sərhədlər nə vaxt açılır?
Quru sərhədlər mayın 1-də açılır? - Nazirlər Kabinetindən CAVAB
Quru sərhədlərin açılmamasının səbəbi... - Deputat
Quru sərhədlər bu tarixdə açıla bilər?
Quru sərhədlər açılacaq?
Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa olunacaq? - DEPUTATDAN AÇIQLAMA
Azərbaycanda quru sərhədləri niyə açılmır?
İstirahətə getmək istəyənlərin NƏZƏRİNƏ! - Bu qadağa ləğv oluna bilər
SON DƏQİQƏ: İran Azərbaycan sərhəddi bağlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 