Azərbaycanın quru sərhədlərini pandemiyaya görə açmadığı haqda rəsmi səbəb ictimaiyyət arasında birmənalı qarşılanmır. Belə ki, pandemiya faktiki olaraq bitib, üstəlik, Azərbaycanın bütün qonşuları quru sərhədlərini açıblar. Bu mənada quru sərhədlərinin niyə bağlı qalması hər zaman cəmiyyətin müzakirə predmeti olub.
ONN media xəbər verir ki, İrandakı səfirliyimizə terror hücumundan sonra quru sərhədlərimizin bağlı qalması ilə bağlı daha inandırıcı versiya irəli sürülüb. Bəzi ekspertlər bunun İrandan gələn ciddi təhdidlə bağlı olduğuna artıq heç bir şübhə etmədiklərini bildirirlər və bunu doğru qərar hesab edirlər.
Xatırladaq ki, quru sərhədlərimiz bağlanarkən hələ Vətən müharibəsi baş verməmişdi. Məhz 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanın əldə etdiyi böyük qələbədən sonra İranın Azərbaycana qarşı açıq düşmənçilik siyasəti başladı. Bunun ardınca sərhədlərin açılması isə ölkəmizi daha təhlükəli vəziyyətə gətirə bilərdi. Belə ki, İran kəşfiyyatının Azərbaycanda necə aktiv olduğu DTX-nin ardıcıl əməliyyatları ilə ifşa edilən casus şəbəkələrindən bir daha aydın olur. Quru sərhədlərin açılması isə Azərbaycanın qələbəsindən ciddi şəkildə narahat olan İranın “şimal qonşusuna” diversant ixracını bir neçə dəfə artıra bilər.
Ekspertlər təklif edirlər ki, artıq Azərbaycanın bütün quru sərhədlərini açması, İranla sərhədi isə bağlı saxlamasında heç bir problem yoxdur. Əgər əvvəl belə bir addım İranın narazılığına səbəb olardısa, indi bunun səbəbini izah etmək üçün rəsmi Bakının ciddi əsası var: İranda Azərbaycan səfirliyinin fəaliyyəti qeyri-müəyyən müddətə təxirə salınırsa, İranla quru sərhədlərinin açılmaması da normaldır. Çünki İrandan Azərbaycana terror təhdidi olduğunu artıq 27 yanvar teraktı tam şəkildə sübut etdi



Quru sərhədlər bu tarixdə açıla bilər?
Quru sərhədləri nə vaxt açılacaq? - AÇIQLAMA
Quru sərhədlərin açılmamasının səbəbi... - Deputat
SON DƏQİQƏ: İran Azərbaycan sərhəddi bağlandı
İran Azərbaycanla sərhəddi bağlayıb?- SƏFİRLİK AÇIQLADI
Quru sərhədlər seçkidən sonra açılacaq?
Quru sərhədlər nə vaxt açılacaq?
Quru sərhədlər nə vaxt açılır?
İran Azərbaycanla quru sərhədlərini açıb
Quru sərhədlər açılacaq?
İran Azərbaycanla quru sərhədlərini açır
İrandan Ermənistana quru yolu çəkiləcək? - RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 