Bakı Metropoliteni bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək və qurumun iş vaxtı 1 saat uzadılacaq.
Bu barədə ONN media-ya Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə günün tələbinə uyğun müvafiq dəyişikliklər ediləcək:
“Dekabr ayının sonu və 2023-cü il yanvarın 4-dək davam edəcək bayram və istirahət günlərində şəhər mərkəzinə, həmçinin bayram gəzintiləri və müxtəlif kütləvi-mədəni tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq. Sərnişin axını nəzərə alınmaqla, bayram günlərində qatarların hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bununla əlaqədar dekabrın 31-i qeyri-iş günü hesab olunsa da, saat 9:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsində hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə, 2023-cü ilin 1-4 yanvar tarixlərində isə 3 dəqiqəyə bərabər olacaq. Lakin mümkün sərnişin sıxlığı nəzərə alınmaqla, günün istənilən vaxtında xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq”.
B. Məmmədov bildirib ki, “Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, dekabr 31-i şənbə, sonrakı qeyri-iş günlərində isə bazar gününə uyğun cədvəllərdən istifadə etsinlər.
O qeyd edib ki, 2023-cü il yanvar ayının 1-nə keçən gecə Yeni ilin gəlişi ilə əlaqədar ənənəvi şəhər gəzintisinə çıxacaq şəhər sakinləri və qonaqların maraqları nəzərə alınaraq, Bakı metropoliteninin iş rejimi 1 saat uzadılacaq:
“Bu səbəbdən bütün stansiyalar yanvar ayının 1-i saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Qatarlar sonuncu sərnişinlər metropoliten stansiyalarını tərk edənə qədər xətlərdə hərəkət edəcək".
Bakı Metropoliteni QSC bayram günlərinin xoş ovqat şəraitində keçirilməsi, neqativ hallara yol verilməməsi, sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün istifadə qaydalarına, ictimai asayişin tələblərinə, sanitar-gigiyenik normalara ciddi riayət edilməsini xahiş edir, B. Məmmədov vurğulayıb.



Bayram günü metro bu saata qədər işləyəcək
Bakı metrosu Bayram qrafikinə keçir
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir
Metroda Yeni il gecəsi iş vaxtı uzadılacaq – RƏSMİ
Bakı metrosunda hərəkət qrafiki DƏYİŞİR
Yeni il gecəsi Bakı metrosu 1 saat artıq işləyəcək
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Bakı metrosu iş rejimini dəyişəcək
Bakı metrosundan istifadə edənlərin NƏZƏRİNƏ
Metropoliten xətlərinə bayram ovqatlı qatar buraxılıb
Həftəsonu Bakı metrosu hansı qrafikdə işləyəcək?
Bakı metrosu sabahdan necə işləyəcək? – RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 