Yay istirahəti dövrünün başlanması və tədris mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, iyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək.
Hər iş günü qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində və əks istiqamətdə saat 07:00-dan saat 21:00-a qədər interval 2,5 dəqiqə təşkil edəcək.
İş günlərində sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.
Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında qatarlararası interval saat 07:00-dan 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək.
Qırmızı və Yaşıl xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək.
Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.
Sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. Stansiyaların sərnişindaşıma prosesinə cəlb edilən qurğu və avadanlıqlarının, o cümlədən eskalatorların iş rejimi diqqətdə saxlanılmaqla, zəruri olan tənzimləmələr nəzərə alınacaq.
Xətlərin “28 May” stansiyasında birləşməsi, iki xəttin cəmi bir elektrik deposunun olması və onun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və yaxud “İçərişəhər” istiqamətində hərəkətini müşahidə edə bilər. Bununla yanaşı, qatarların texniki qulluq məqsədilə “Nərimanov” stansiyasından elektrik deposuna yola salınması və həmçinin “Bakmil” stansiyasından xəttə daxil olması ilə əlaqədar “Ulduz-Həzi Aslanov” sahəsində intervallar daha çox ola bilər.
İyunun 20-də “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunacaq.
Yeni tədris mövsümünün əvvəlində Bakı metropolitenində payız-qış qrafikinin tətbiqinə başlanılacaq.



Bakı Metropoliteni yay qrafikinə keçir
Bu tarixdən metroda qrafik dəyişir
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Bakı metrosu Bayram qrafikinə keçir
Bakı metrosunda sıxlıq nəvaxt aradan qalxacaq?- RƏSMİ AÇIQLAMA
Bakı metrosunda YENİLİK
Bayram günü metro bu saata qədər işləyəcək
Həftəsonu Bakı metrosu hansı qrafikdə işləyəcək?
Bakı metrosunun iş qrafikində yenilik olub
Metroda qatarların hərəkətində problem yarandı
Metro bu səbəbə görə iş rejimini dəyişdi
Metroda qatarların hərəkət qrafiki dəyişdirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 