Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir
ONN media xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, şimal-şərq küləyi ayın 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, yanvarın 10-11-də gecə 2 dərəcəyədək şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.
“Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir”.
G.Məmmədova qeyd edib ki, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, gecə 0-5 dərəcə şaxta, gündüz 4 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15, gündüz 5-8 dərəcə şaxta olacaq. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.



Hava ilə bağlı XƏBƏRDARLIQ
Kəskin SOYUQLAR GƏLİR: Bakıya qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Temperatur 10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Hava yenidən PİSLƏŞİR: Fevralın 23-ü... - XƏBƏRDARLIQ
XƏBƏRDARLIQ: Bakıda çovğun olacaq
Hava kəskin dəyişir: Şimal küləyi əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Temperatur 10 dərəcə düşəcək, qar yağacaq - Xəbərdarlıq
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
Sabaha olan hava proqnozu
Hava kəskin dəyişir: qar yağacaq, çovğun olacaq - XƏBƏRDARLIQ
Sabahın havası ilə bağlı DAHA BİR XƏBƏRDARLIQ
Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 