Havanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək.
ONN media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında yanvarın 21-i axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 22-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 ms/-dək güclənəcəyi gözlənilir:
"Yanvarın 23-dən 24-ü gündüzədək fasilələrlə yağıntılı olacağı, yağışla başlayan prosesin bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Yanvarın 22-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 24-ü axşamadək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”.
G.Məmmədova bildirib ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var:
“Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq”.



Temperatur 12 dərəcə enəcək- XƏBƏRDARLIQ
Kəskin SOYUQLAR GƏLİR: Bakıya qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Temperatur 10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Hava yenidən PİSLƏŞİR: Fevralın 23-ü... - XƏBƏRDARLIQ
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
Temperatur 10 dərəcə düşəcək, qar yağacaq - Xəbərdarlıq
Hava kəskin dəyişir: qar yağacaq, çovğun olacaq - XƏBƏRDARLIQ
Bakıda sulu qar, qar yağacaq - HAVA KƏSKİN DƏYİŞİR
Sabaha olan hava proqnozu
Bakıya yağış yağacaq – Xəbərdarlıq
Sabahdan havalar KƏSKİN DƏYİŞİR - Əhalinin NƏZƏRİNƏ!
Temperatur aşağı enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 