Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxslərdən biri həbs edilib, digəri cərimələnib.
ONN media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov bildirib.
O qeyd edib ki, bu il yanvarın 3-də iki gəncin Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atmasını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılmışdı.
Görüntülər polis əməkdaşları tərəfindən araşdırılmış və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılmışlar.
Araşdırma zamanı Elvin İsmayılovun bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf etmişdir.
Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Fərid Cəfərov cərimə olunmuş, Elvin İsmayılov isə Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir



Bakıda heykələ ayaqqabı atan şəxs axtarılır
Atatürkün heykəlinə daş atan şəxs saxlanıldı
Tülkünü qəddarlıqla öldürən şəxsin aqibəti necə oldu?
Polis avtobus sürücüsünü döyən 17 yaşlı gənci bağışladı
Yanvarın 20-də havaya fişəng atan şəxs HƏBS EDİLDİ
23 noyabr Üzeyir Hacıbəyovun vəfat etdiyi gündür
Gədəbəydə hərbi hissəyə daş atan şəxs həbs edildi
Bu nazirliyin yüksək rütbəli əməkdaşları təltif edildi - SİYAHI
Bu gün Üzeyir Hacıbəyovun doğulduğu gündür
"Tik Tok"da canlı yayım açıb polisi ittiham edən şəxs HƏBS EDİLDİ
Üzeyir Hacıbəyov 23 noyabrda vəfat edib
23 noyabr Üzeyir Hacıbəyovun vəfat etdiyi gündür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 