Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı hərbi əməliyyatlara komandan təyin edilməsi, Sergey Surovikinin bu vəzifədən uzaqlaşdırması səbəbsiz deyil. Bu, Kremlin böyük hücuma hazırlaşdığını göstərə bilər.
ONN media xəbər verir ki, bu açıqlama ilə britaniyalı politoloq Mark Qaleotti çıxış edib.
Qaleotti hesab edir ki, bu qərarla həm Surovikin, həm də Gerasimov cəzalandırılıb: “Gerasimov Putinin Ukrayna ilə bağlı “möhtəşəm” planlarına haqq qazandırmasa, o zaman sadəcə sıradan çıxarılacaq”.
Ekspertin sözlərinə görə, Putinin yəqin ki, hələ də yeni ciddi hücum zamanı həyata keçirməyi planlaşdırdığı çoxlu “qeyri-real ideyaları” var:
“Yeni təyinat ciddi hücumların gəldiyinin təsdiqidir. İstənilən halda Putin ordusunun bütün gələcək uğursuzluqlarını Gerasimovun üzərinə yıxmaq mümkün olacaq”.
Xatırladaq ki, Surovikin üç aydan bir qədər çox müddətə Ukraynadakı əməliyyatlara komandanlıq edib. Onun gəlişi Ukraynanın enerji sisteminə ilk raket hücumları ilə yadda qalıb.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov dünəndən Ukraynada Birləşmiş Qüvvələr Qrupuna komandanlıq edir. Aerokosmik Qüvvələrin komandanı, ordu generalı Sergey Surovikin də daxil olmaqla, Quru Qoşunlarının komandanı, ordu generalı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim Gerasimovun müavinləri təyin ediliblər



Rusiya ciddi hücuma hazırlaşır- ŞOK İDDİA
Gerasimov Azərbaycana gəldi
“Qafqazdakı əsas müttəfiqimiz Ermənistandır” – Rusiya Baş Qərargah rəisi
FTX Şoyqu və Gerasimovun istefasını istəyir
Putinin Ukrayna ilə bağlı planları ORTAYA ÇIXDI
Putin onları ordu rəhbərliyindən qovdu
Valeri Gerasimov və Stüart Piiç Bakıda
Həbs edildiyi deyilən Surovikinə yeni vəzifə verildi
Rusiyalı ordu generalı cəbhədəki vəziyyətdən danışdı
Rusiya, Türkiyə və İran razılaşdı - SON DƏQİQƏ
Rusiya Azərbaycanla sərhədə əlavə ordu yığır
Putinin Pekinə səfəri Ukraynanı narahat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 