Uşaq evində böyüyən şəhidimiz Əmrah Rəcəbovun (Rajapov) anası tapılıb.
ONN media xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu Feysbuk hesabında paylaşım edib.
Əmrah 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb. Əmrah Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Atası və anası Əmrah kiçik olanda öldüyü deyilsə də, sən demə, hər ikisi sağ imiş.
E.İslamoğlunun sözlərinə görə, Əmrah şəhid olduqdan sonra 5 ay morqda qalıb:
“Yaxın qohumları, ailəsi tapılmadı ki, DNT testi ilə nəşi tanınsın, dəfn edilsin. Elə kimsəsiz kimi də dəfn edildi”.
O bildirib ki, iki gün əvvəl bir şəhid yaxını zəng edib, Əmrahın anasının sağ olduğunu və onunla danışmaq istədiyini bildirib.
“Gövhərcan Yaraş qızı Rəcəbova (Rajapova) Türkiyədə yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndiribmiş. Goranboyda yaşayırmışlar. Bir müddət sonra ayrılırlar. Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutaraq onu nənəsi və bacısına əmanət edib, Türkiyəyə işləməyə gedir. İşləyib pul göndərirmiş. Bir müddət sonra əlaqələr kəsilir. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilir. Orada böyüyür. Gövhərcan deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı Tiktokdan öyrənib. Bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi yoxdur. Sənədlərini düzəldib oğlunun məzarına gəlmək istəyir”, - paylaşımda qeyd edilib



İtkin əsgərimizin nəşi tapıldı - Valideynlərinin yanında dəfn edildi
Şəhid qardaşına "şəhid ailəsi" statusu verildi
Daha bir şəhidimiz Qaxda dəfn edildi
Fərizənin anası dəfn edildi
Prezidentdən üç şəhid anasıyla bağlı UNİKAL ADDIM
Azərbaycan Ordusunun şəhid olan əsgəri Gəncədə dəfn edildi
İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı
Vətən müharibəsi şəhidi dəfn edildi
Birinci Qarabağ döyüşlərində itkin düşən şəhid Cavid Ələkbərovla vida mərasimi keçirilir
İtkin düşən hərbçimizin nəşi tapıldı
Şəhid anası vəfat etdi
4 ay komada olan əsgərimiz şəhid oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 