Bu gün Birinci Qarabağ döyüşlərində şəhid olmuş, 30 il sonra kimliyi müəyyənləşdirilmiş Cavid Fazil oğlu Ələkbərovun nəşi ailəsinə təhvil verilib.
ONN media xəbər verir ki, hərbçinin qardaşı Aqil Ələkbərov qardaşının nəşini Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən təhvil alıb.
Şəhidlə vida mərasimi Sumqayıt şəhər Şəhidlər xiyabanında keçirilir. Cavid Fazil oğlu Ələkbərov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Cavid Fazil oğlu Ələkbərov 1975-ci il aprelin 25-də Qubadlı rayonunun Novlu kəndində anadan olub. 1993-cü ildə Milli Ordu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. Şəhid Cavid Ələkbərov Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Məlumatlara görə, şəhidimizin son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyi istiqamətində olub.



Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İlqar Rəhimovla vida mərasimi keçirilir
Kəlbəcərdə şəhid olan gizirilə vida mərasimi keçirildi
Şəhidimizin nəşi doğulduğu rayona gətirildi
Ağstafada şəhidlə vida mərasimi keçirilir
Şəhidimizlə vida mərasimi keçirilir
Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir
Şəhidimizlə vida mərasimi keçirilir - SON DƏQİQƏ
Daha 7 şəhid dəfn olunacaq
Şəhid Murad Xəlilovun nəşi ailəsinə təhvil verilib
Bakıda şəhidlə vida mərasimi keçirilir
Daha bir şəhidimiz Qaxda dəfn edildi
Daha bir hərbiçimizin nəşi tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 