“Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu 4 dekabr 2023-cü il tarixli açıqlamasını qətiyyətlə rədd edirik”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan Xarici İşlər Nazirliyinin 4 dekabr 2023-cü il tarixli açıqlamasına dair şərhində bildirilib.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd edilən dezinformasiya xarakterli, iftira dolu iddianı təkzib edib və Ermənistan tərəfinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.
Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir.
Ermənistan tərəfi bu kimi açıqlamalar ilə həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür.
Azərbaycan öz tərəfindən postmünaqişə mərhələsində sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaqdır”, - XİN-dən vurğulanıb



Azərbaycan XİN-dən Mirzoyana cavab
Azərbaycan XİN: "Ermənistanın bəyanatı bölgədə gərginliyin artmasına gətirib çıxarır"
Rəsmi Bakıdan Ermənistan XİN-ə SƏRT CAVAB
Rəsmi Bakı İrəvana çağırış etdi
Ermənistan öz yalanını özü ifşa etdi
Xarici İşlər Nazirliyi daha bir rəsmi məlumat yaydı
XİN-dən Paşinyana SƏRT CAVAB- Üzr istəməlidir!
Azərbaycan XİN-dən Ermənistanın bu bəyanatına cavab
Əsgərimizin yaralanmasına XİN-dən reaksiya
Ermənistandan bunu tələb edirik- XİN AÇIQLADI
Rəsmi Bakıdan Ermənistana ÇAĞIRIŞ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 