Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi media subyektlərinə və sosial şəbəkə fəallarına müraciət ünvanlayıb.
ONN media müraciətin mətnini təqdim edir:
"Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi tədbirlərini tənzimləyən normativ aktlarda, eləcə də bu sahədə icra olunan Dövlət Proqramında Yol hərəkəti təhlükəsizliyinin təbliğinin diqqətdə saxlanılması müəyyən edilib. Bu məqama televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən materialların hazırlanması zamanı da ciddi əməl olunmalıdır.
Lakin bəzi televiziya və radio verilişlərində, kliplərdə, teleseriallarda, reklam çarxlarında, habelə blogerlər və incəsənət xadimlərinin sosial şəbəkə seqmentlərindəki paylaşımlarında təəssüf ki yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti qaydaları əleyhinə olan pozuntuların geniş auditoriyaya nümayiş etdirildiyini şahidi oluruq. Təəssüf ki, bu materialların heç bir əlavə şərh verilmədən yayımlandığını şahidi oluruq.
Belə audiovizual materiallar yol hərəkəti iştirakçıları, xüsusilə uşaq və yeniyetmələr arasında yanlış anlaşılmalara səbəb olur. Hətta onlarda analoji olaraq bu səhvlərə yol vermək arzusu yaradır. Eləcə də bu kimi neqativ təzahürlərin gənc və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mənfi təsir göstərməsi ciddi narahatlıq doğurur.
Yol hərəkəti təhlükəsizliyini təmin edilməsi sahəsində dövlət siyasətini həyata keçirən Baş Dövlət Yol Polisi İdarəsi olaraq bu kimi halların yolverilməz olduğunu bir daha diqqətə çatdırırıq.
Bütün media subyektlərini, sosial şəbəkə fəallarını ölkəmizdə yol hərəkətinin təhlükəsizliyi sahəsində həyata keçirilən maarifləndirmə və təbliğat-təşviqat xarakterli tədbirlərin icrasına töhfə verməyə çağırırıq"



DYP sürücülərə xəbərdarlıq edib
Yol polisi sürücülərə müraciət etdi
DYP-dən vətəndaşlara MÜRACİƏT: "Vəziyyət olduqca ciddidir"
Yol polisi piyadalara müraciət etdi
Sürücülərin NƏZƏRİNƏ
Yol polisindən küləkli hava ilə bağlı müraciət
Nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi QAYDALARI DƏYİŞDİ
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
Yol polisi piyadalara müraciət etdi
Nazirdən DYP ilə bağlı göstəriş
“Yol Polisinə dəstək” qrupları yaradılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 