Ermənistanın Göyçə mahalının Ağkilsə kəndində yerləşən hərbi hissəsində 19 yanvar saat 01:30-da baş verən və 15 erməni hərbçinin ölməsi, 7-nin yaralanması ilə nəticələnən yanğınla bağlı erməni təxəyyülünə uyğun versiyalar ortaya atılıb.
ONN media xəbər verir ki, ermənilər bu hadisənin “Bayraqdar” PUA-sının zərbəsi nəticəsində başvermə ehtimalını müzakirəyə çıxarıblar.
Ermənistanın hərbi prokuroru Qriqor Elizbaryan hadisənin PUA zərbəsi nəticəsində başvermə ehtimalı haqda şayiələri təkzib edib:
“Bu ehtimal istisna edilir. Ermənistan ərazisində hər hansı PUA-nın hərəkəti aşkarlanmayıb. Bundan başqa, sağ qalan əsgər və hərbçilər var, onlar da heç bir partlayış olmadığını bildirirlər”.
O, sağ qalanların, o cümlədən yaralıların ifadəsinin alındığını, eyni zamanda bəzi ekspertizalar aparıldığını bildirib.
Qeyd edək ki, ilkin məlumata görə, yanğın sobada benzindən istifadə edilməsi nəticəsində baş verib. Belə ki, növbətçi olan kapitan rütbəli zabit 5 litrlik qabdan sobaya benzin tökərək, sobanı yandırmağa çalışıb. Bu zaman yanğın baş verib və o, əlindəki qabı otağa tullayıb. Bununla da yanğın dərhal otağı bürüyüb.
Kapitan yatanları oyatmaq və yanğın barədə deməyə çatdıra bilməyib – od bir anda bütün ətrafı sarıb.
Kapitan hazırda yanıq xəsarətləri alsa da, sağdır, reanimasiyada müalicə alır.



İran Ermənistana başsağlığı verdi
Daha iki erməni hərbçi yaralandı
Erməni ağını çıxartdı: “Bayraqdar”ı da biz yaratmışıq
Ermənistan 12 gündür iki hərbçini axtarır
Ukrayna “Bayraqdar”ları qaldırdı – İkisi vuruldu
İstanbulda erməni kilsəsi yandı- ÖLƏNLƏR VAR
Bu əsgərlər harada və necə ölüb? - Ovannisyan AÇIQLADI
Ermənistanda hərbçinin ölümünə görə əsgər yoldaşı SAXLANILIB
Kabilin mərkəzi raketlə vuruldu
Ermənistanın təcavüzü nəticəsində həlak olmuş şəxslər... - Nazirlər Kabineti AÇIQLADI
Yevlaxda 3 otaqlı ev partladı - YARALI VAR
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 