General-polkovnik Elçin Quliyevin başçılığı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarları üzərinə güllər düzüblər.
Bu barədə ONN media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, DSX-nin aparatında davam edən anım tədbirində iştirakçılar öncə faciənin 33-cü ildönümü münasibətilə hazırlanmış fotosərgiyə baxış keçirilib.
Daha sonra Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 33 il əvvəl sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğın nəticəsində xalqımızın azadlığı, suverenliyi uğrunda vətən fədailərinin canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqları, həmin müdhiş gecədən uzun illər keçməsinə baxmayaraq, şəhidlərin fədakarlığının hər zaman minnətdarlıqla və ehtiramla anıldığı, 20 Yanvar faciəsinin xalqımızın tarixinə, qan yaddaşına təkcə hüzn deyil, həm də cəsurluq, milli ruhun sarsılmazlığının təzahürü kimi daxil olduğu qeyd edilib.
Qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı qırğın törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığı vurğulanıb.
Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğu, onların qanlarının yerdə qalmadığı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində 30 illik torpaq həsrətinə son qoyularaq ərazilərimizin erməni işğalından azad edildiyi, dəmir yumruğun düşməni darmadağın etməsi qeyd olunub.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş “Şəhidliyin zirvəsi” sənədli filmi nümayiş etdirilib



DSX rəisi II Şəhidlər Xiyabanını ziyarət edib
DSX generalları İkinci Şəhidlər xiyabanında
Zərdabda Xocalı faciəsinin anım günü keçirildi
Azərbaycanda bir dəqiqəlik sükut oldu
Polad Həşimovun məzarı ziyarət edildi
Türkiyəli nazir Şəhidlər xiyabanını ziyarət etdi
Prezident Şəhidlər xiyabanını ziyarət etdi
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi
Lənkəranda şəhidlərin xatirəsi anılıb
İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib
Zakir Həsənov Bərdədə Şəhidlər xiyabanını ziyarət etdi - VİDEO
Tovuz döyüşlərinin şəhidləri yad edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 