Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Azadlıq” radiosunun erməni bürosuna müsahibəsində bildirib ki, Ukrayna Azərbaycana Qarabağ müharibəsində istifadə olunacaq silahlar tədarük etməyib.
ONN media xəbər verir ki, jurnalistin Ukraynanın Azərbaycana Qarabağ müharibəsində istifadə olunan silahlar, xüsusən də fosfor bombalarını verib-verməməsi ilə bağlı sualını Podolyak mənfi cavablandırıb və Ukraynanın rəsmi olaraq neytral statusa malik olduğunu və silahların istənilən yerə, xüsusən də qaynar nöqtələrə çatdırılması imkanlarını minimuma endirdiyini bildirib.
"Ukrayna rəsmi olaraq neytral statusa malikdir. Və imkan daxilində biz hər yerə, xüsusən də münaqişə nöqtələrinə silah tədarükü imkanlarını minimuma endirmişik. Bəli, bizim silah satışı seqmentimiz var idi, lakin bu, adətən tam müqavilələr, ixrac nəzarəti və s. olan “bəyaz” silah satışı idi. Münaqişəni qızışdırmaq və ya təhrik etmək məqsədilə bu və ya digər ölkənin mübahisəli, münaqişəli vəziyyətlərində iştirakının mənası yoxdur", - deyə Podolyak bildirib.
Qeyd edək ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistan diaspor təşkilatlarının nümayəndələrinin köməyi ilə Azərbaycanın guya fosfor bombalarından istifadə etdiyi barədə xaricdə feyk xəbərlər yayıb. Amma sübutlar var ki, 44 günlük müharibə zamanı bu cür qadağan olunmuş sursatlardan məhz Ermənistan istifadə edib.
Azərbaycan Müdafiə Nazirliyi 2020-ci ildə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin birinci birləşmiş ordusunun 37-ci atıcı diviziyasının üçüncü motoatıcı alayının bölmələrinə külli miqdarda fosfor tərkibli yüklər çatdırılıb.
Ermənistan tərəfi bundan əvvəl də Azərbaycana qarşı fosfor bombalarından istifadə edib.
2020-ci il oktyabrın 8-də Ermənistan tərəfdən Füzuli rayonu ərazisinə 122 millimetrlik yandırıcı top mərmisi atılıb. Onun tərkibində 3,6 kiloqram ağ fosfor olub.
Ermənistan atəşkəs dövründə də Azərbaycana qarşı fosfor bombalarından istifadə edib. Hələ 2016-cı ildə Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor bombası atmışdı.



Rusiya və Ukrayna arasında danışıqlar videoformatda keçirilir
Ukrayna Prezident Ofisi: "Referendum keçiriləcək"
Ukrayna sülh üçün şərtlərini açıqladı
"Vagner" Zelenski və Şmıqalı öldürmək istəyib - AÇIQLAMA
Ukrayna - Rusiya danışıqları başladı
Ukrayna: Üçüncü raunda hazırıq
ŞOK İDDİA- Bu yolla Ermənistana PUA daşınır
Podolyak: Ruslar nasistlərə bənzəmək istəyirlər!
Ukrayna bu ölkədən silah alacaq
Ukraynanın güclü zərbələrlə hücuma keçəcəyi tarix...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 