Erməni diasporu Ukrayna ordusunun pilotsuz təyyarələrini Ermənistana göndərir. Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlaması bunun etirafı hesab oluna bilər.
"Biz artıq Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatlarını göndərmişik. Mən təyyarələrlə göndərənləri tanıyıram... Varşava-İrəvan reysi ilə aparılır. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə var. Amma bizim ermənilər Ermənistana kömək edə bilirlər, Ukrayna tərəfindən vuruşan hərbçilərmiz Ermənistandakı qardaşlarına pilotsuz uçuş aparatları göndərə bilirlər”, - Arutyunyan deyib.
Və bununla kifayət qədər ciddi məqamları da açmış olur.
Birincisi, ermənilər PUA-ları necə əldə edir?
İkincisi, daşınma hansı marşrutla həyata keçirilir?
Arutyunyanın açıqlamasında sualların cavabı da var:
- müharibə aparan Ukraynada PUA-lar, yaxud digər silahların satışının həyata keçirilmədiyi bəllidir, bu yalnız o halda baş verə bilər ki, orduda kimlərsə Qərb ölkələrinin verdiyi, yaxud Ukrayna xalqının pulu ilə alınan silahları oğurlayaraq, satır;
- erməni diasporu da Ukrayna ordusunun arsenalına daxil olan silahları qanunsuz yolla əldə edir və qaçaqmalçılıq yolları ilə Ermənistana göndərir;
- bu prosesdə Ukrayna ordusunda döyüşən ermənilər əsas vasitəçidir;
- oğurlanan silahlar – PUA-lar Varşava-İrəvan reysi ilə Ermənistana daşınır.
Müharibə aparan ölkələrdə silah oğurluğu və qaçaqmalçılığı üçün imkanlar geniş olur. Arutyunyanın açıqlaması erməni mafiyasının Ukraynada bu işlə məşğul olduğunu isbat edir. Və oğurlanan silahlar Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə edilməklə yanaşı, Rusiya ilə müharibə aparan Ukrayna ordusunu da zəiflədir. Bunu rəsmi Kiyev də, Ukraynaya silah göndərən Qərb ölkələri də nəzərə almalıdır



İran Ermənistana PUA verib?- ŞOK İDDİA
Türkiyənin PUA-ları ilə bağlı YENİ XƏBƏR: gələn ilin sonunda...
Hindistan Ermənistana 150 min qumbara satacaq - KİV
Ermənilər PUA ilə bağlı sirlərini niyə açıqladı
SON DƏQİQƏ: İran Ermənistanın hərbi texnikasını MƏHV ETDİ
Ermənistana məxsus PUA məhv edildi
İki ölkə "Bayraktar" PUA-ları üçün HƏRƏKƏTƏ KEÇDİ: Qarabağdan sonra...
Rusiya XİN -dən Türkiyə-Ukrayna razılığına REAKSİYA...
Ukrayna Türkiyədən yeni PUA-lar alır
Türkiyə ordusu Rusiyanın pilotsuz uçuş aparatını ələ keçirdi: Ruslar ŞOKDA
Aİ İrana bununla bağlı sanksiya tətbiq etdi
Ermənilər Qarabağa qayıtmamağa qərar verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 