On altı yaşınadək şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə yeni cəzalar müəyyənləşib.
ONN media xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı qanunla Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə dəyişiklik edilib.
Dəyişikliklə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məcəllənin bu günə qədərki variantı belə idi: "On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Digər dəyişikliklə isə Məcəlləyə yeni bəndlər əlavə olunur. Yeni bəndə əsasən, Məcəllənin 152.2 və ya 152.3-cü maddələrində göstərilən əməllər təkrar törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq



Abşeronda İYRƏNC CİNAYƏT
Baş Prokurorluqdan 15 yaşlı şagirdini hamilə qoyan müəllimlə bağlı - AÇIQLAMA
DİQQƏT- Bu valideynlər cəzalanacaq
Azərbaycanda taksi sürücüsü 8-ci sinif şagirdini zorlamaq istədi
Hadı Rəcəblinin otelində CİNAYƏT OLAYI - RƏSMİ
DİQQƏT! Bunu edənlər məsuliyyətə cəlb ediləcək
Azərbaycanda tükürpədici HADİSƏ - Bacısının azyaşlı qızına...
15 yaşlı qıza zorakılıq edən şəxslərin aqibəti necə oldu?
Deputat oğlu nə qədər cəza alacaq?
Azyaşlı qıza cinsi təcavüz edən şəxs HƏBS EDİLDİ
Bu qanunu pozanlar SƏRT CƏZALANDIRILACAQ: 10 min manat cərimə, həbs və...
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 