Seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifələrində son iki gün ərzində yaydıqları məlumatlar böhtan xarakterli iddialardır.
Bu sözləri müsabiqənin təmsilçilərinin artıq “seçildiyi” barədə yayılan məlumatlarla bağlı açıqlamasında "Avroviziya 2023" mahnı müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova deyib.
“Əvvəla, bu iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi musiqi və ifası sayəsində bu mərhələyə çatıb. Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, final mərhələsinin məhz bu günlərdə keçirildiyini bildiririk. Bu prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq”, - o bildirib.
Nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımovun sözlərinə görə, iştirakçı seçilməzdən öncə yerli və beynəlxalq musiqi aləmindən təcrübəli şəxslərin rəyləri də öyrəniləcək:
“Sağlam rəqabəti təmin etmək üçün bütün finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə yazdırmışıq”.
Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədov isə komanda üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim prosesinə heç bir təsiri olmadığını deyib:
“Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii bir haldır. Amma qeyd etməliyəm ki, “Avroviziya” heyətinin üzvlərindən heç biri müsabiqədə iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb”.



"Avroviziya 2023"-də ölkəmizi kim təmsil edəcək?
Azərbaycanın "Avroviziya-2021" təmsilçisi müəyyənləşib
Ölkəmizi "Avroviziya"da təmsil edəcək mahnı seçildi
"Avroviziya-2022" təmsilçimiz bəlli oldu
“Avroviziya"da ölkəmizi təmsil edəcək mahnı açıqlandı
Avroviziya bu şəhərdə keçiriləcək
Azərbaycanın Avroviziya-2021-də iştirakı təsdiqləndi - Təmsilçimiz...
"Avroviziya" üçün mahnı seçimi elan olundu
"Avroviziya-2021" üçün mahnı qəbulu elan edildi
Azərbaycanlı aparıcıya "Avroviziya"da vəzifə verildi
“Eurovision” finalçılarımız bəlli oldu
"Avroviziya-2020"nin keçiriləcəyi şəhər bəlli oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 