“Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbula başlanılıb. İTV-nin mətbuat xidmətindən bildiriblər ki, “Avroviziya-2021” üçün mahnı seçimində iştirak etmək istəyənlər yanvarın 19-a qədər öz mahnılarını [email protected] elektron ünvanına göndərə bilərlər. Azərbaycanda rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək mahnının seçiminə dair şərtlərini də açıqlayıb. Şərtlərdə bildirilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Avropa Yayım İttifaqının (EBU) şərtlərinə əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2020-ci il sentyabrın 1-dən əvvəl ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir. Qeyd edək ki, mayın 18, 20 və 22-də Rotterdamda baş tutacaq “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi “Efendi” adlı ifaçı təmsil edəcək. Müsabiqədə Azərbaycan nümayəndə heyətinin rəhbəri isə bəstəkar İsa Məlikovdur.
"Avroviziya-2021" üçün mahnı qəbulu elan edildi



İTV "Eurovision-2020" yarışması üçün mahnı qəbulu — ELAN ETDİ
"Avroviziya" üçün mahnı seçimi elan olundu
İTV "Eurovision-2019" üçün mahnı qəbulunu elan edir
Azərbaycanın Avroviziya-2021-də iştirakı təsdiqləndi - Təmsilçimiz...
“Avroviziya"da ölkəmizi təmsil edəcək mahnı açıqlandı
Azərbaycanın "Avroviziya-2021" təmsilçisi müəyyənləşib
Ölkəmizi "Avroviziya"da təmsil edəcək mahnı seçildi
"Avroviziya-2022" təmsilçimiz bəlli oldu
"Avroviziya-2022"nin birinci yarımfinalı başladı - CANLI
Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi
Azərbaycan Avroviziyada bu mahnı ilə təmsil olunacaq - VİDEO
Avroviziya təmsilçimiz məlum oldu-FOTO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 