Azərbaycan icması Avstraliya ictimaiyyətini Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən erməni separatçılarının yalanlarına inanmamağa çağırıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən ONN media-ya bildiriblər ki, Avstraliya Azərbaycan Assosiasiyasının, Azərbaycan-Avstraliya-Türkiyə Dostluq Assosiasiyasının, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Kvinslend Azərbaycanlıları Cəmiyyətinin yaydıqları müraciətdə təcavüzkar imicə malik olan Ermənistan və erməni separatçılarının bütün dünyanı aldatmaq məqsədilə istənilən fürsətdən həyasızcasına istifadə etməyə çalışdığından, hətta idman yarışı zamanı siyasi çağırışlar etməkdən çəkinmədikləri qeyd edilib.
“Australian Open–2023” tennis yarışı zamanı Karen Kaçanovun çəkiliş kamerasının ekranına erməni separatçılarını möhkəm olmağa səsləyən yazı yazması bunun bariz nümunəsidir. “Bu, yolverilməzdir!”, - deyə müraciətdə vurğulanıb.
Müraciətdə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması tarixi, Azərbaycan ərazisində “Artsax” adlanan “dövlət”in mövcud olmadığı, erməni separatçılarının qondarma rejiminin beynəlxalq səviyyədə tanınmadığı, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barədə ətraflı məlumat verilib. Beynəlxalq hüququn normalarına məhəl qoymayan və havadarlarına arxalanan Ermənistanın saysız-hesabsız təxribatlarının 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsinin başlanması ilə nəticələndiyi, Azərbaycan dövlətinin təkbaşına BMT qətnamələrini icra edərək öz əzəli torpaqlarını erməni işğalından azad etdiyi vurğulanıb.
“Lakin Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra da Ermənistan yenə işğal dövründəki siyasətini davam etdirir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində ekoloji terror törədir, təbiətə böyük ziyan vurur. İşğal dövründə basdırılmış minaların xəritəsini verməyərək, Azərbaycanın dinc əhalisinə qarşı mina terroru həyata keçirir. Beləki, müharibə bitdikdən sonra 45 nəfər dinc azərbaycanlı həmin ərazilərdə həlak olub, 231 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”.
Ötən həftə baş vermiş bu hadisəyə dərhal reaksiya verən soydaşlarımız Avstraliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və Ermənistanın əməllərini pisləməyə dəvət ediblər. Qeyd edək ki, Avstraliyanın müxtəlif şəhərlərində yaşayan diaspor fəalları da fərdi olaraq “Australian Open–2023”ün rəsmi internet səhifəsinə, Avstraliyanın Tennis Federasiyasına və nüfuzlu telekanallara çoxsaylı məktublar ünvanlayaraq, bu yolverilməz olaya sərt etirazlarını bildiriblər.



Erməni idmançının təxribatına rəsmi münasibət
Ölkə başçısı Piter Kosqrovu təbrik etdi
XİN Avstraliyanı təbrik etdi
ABŞ-da erməni terroruna qarşı aksiya keçirildi
Daha bir ölkədə erməni təxribatına etiraz aksiyası keçirilib
Azərbaycandan Avstraliyaya etiraz NOTASI
Rusiyadakı soydaşlarımız BMT və ATƏT-ə müraciət etdi
Avstraliyadan açıqlama: Xocalını unutmadıq…
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ
Oxçuçayla bağlı "Cronimet" şirkətinə bəyanat göndərildi
Əsir düşən hərbiçilərimizlə bağlı daha bir xəbər
XİN erməni terroru ilə bağlı MƏLUMAT YAYDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 