İranda həmişə toplumsal hərəkətlər olub. Özü ilə bərabər bəzi yeniliklər də gətirib. Biz bu toplumsal, inqilabçı və protest hərəkətləri xalqın küçələrdə rejimə qarşı şüarlarında, nümayişlərdə deyil, başqa şəkildə də görə bilərik. Bu etirazlar passiv dirəniş və passiv müqavimət yolu ilə davam edir.
Bu sözləri Təbriz Tədqiqat Mərkəzinin Eksperti və “Varlıq” jurnalının yazıçılar şurasının üzvü Babək Şahidi deyib.
O, İrandakı aksiyaların davam edən müxtəlif formalarından danışıb:
“Etiraz formaları arasında pulların üzərində müxtəlif məzmunlu sözlərin yazılması, eləcə də divarlara milli şüarların həkk olunmasını misal göstərmək olar. Etirazçılar, xüsusilə də gənclər hər bir şəhərin rəmzi olan binaların qarşısında şəkil çəkməklə öz münasibətini bildirmiş olur. Məsələn, Tehranda Azadi meydanında gənclərin rəqs etməsi buna nümunədir. Xanımların Hədis Nəcəfi kimi saçlarını bağlama şəkli də məşhur trendlərdəndir. Gənclər saçlarını bu cür yığıb video çəkir, paylaşım edirlər. Təbrizdə Ərk qalasının yanında, yaxud da Şəhriyarın məzarının önündə rəqs nömrələrinin təşkil olunması - bunlar bir rəmzi məna daşıyan hərəkətlər olaraq meydana çıxıb və indi də davam edir”.
Babək Şahidi bildirib ki, həvəskar musiqi qruplarının kütləvi etirazlarla bağlı mahnılar oxuması da aksiyanın geniş yayılmış formalarındandır:
“Buna “devrim öz sənətini yaradıb” da demək olar. Son zamanlarda İranda, Güney Azərbaycanda rep və rok musiqi qruplarının məşhurlaşdığını görə bilərik. 20 yaşlı azərbaycanlı gənc repçinin üsyankar musiqləri geniş kütlə tərəfindən izlənilir. Ola bilər ki, küçə və meydanlarda sakitlikdir, lakin passiv dirəniş bu etirazların davam etdiyini göstərir. Yaxın zamanlarda o passiv dirəniş dinamik dirənişə dönəcəkdir”, - deyə o vurğulayıb.
O, qadınların hicab geyinmə ənənəsindəki dəyişikliklərə də toxunub:
“İnqilabın əvvəlində qadınlar çarşab geyinmək məcburiyyətində idilər. Lakin passiv dirənişin sayəsində çarşab taxmaq şəkli də dəyişdi. Əvvəlki kimi tamamilə örtülü deyil, Tehranda boyunlarına şal taxaraq gəzən qadınları görmək olar. Bu, İranın şəriətçi zehniyyətinə qarşı göstərilən passiv dirənişdir. Bu aksiyalar uzun müddətdir var, gənc nəsil tərəfindən də həyata yenidən vəsiqə alıb”.
Qeyd edək ki, İranda banklardan pul çıxarılması və pulun üzərinə şüarların yazılması aksiyası geniş yayılıb. Sosial şəbəkələrdə “bank hesabından pul çıxar, Xamenei rejiminin şah damarını kəs” kampaniyası başladılıb.



Tiflisdə etiraz aksiyaları davam edir
Tehranda yenidən etiraz aksiyaları başladı
ABŞ İrandakı etirazları dəstəkləyib
İranda etiraz aksiyalarının miqyası genişlənir
Gürcüstanda etiraz aksiyaları yenidən başladı
İranda aksiya zamanı öldürülənlərin sayı artdı
İranda vəziyyət yenidən gərginləşdi
İranda etirazlar: Azərbaycan şəhərində ölüm - Video
İranda aksiyalarda 10 nəfər öldürüldü
İrandakı aksiyalarda ölənlərin sayı açıqlandı
Ermənistanda etirazlar davam edir
İranda etirazlar davam edir: helikopterdən atəş açıldı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 