Alimlər yaxın illərdə Türkiyənin 17 milyona yaxın əhalisi olan ən böyük şəhəri İstanbulda güclü zəlzələnin baş verə biləcəyini proqnozlaşdırırlar. Bu, şəhərin coğrafi mövqeyi ilə bağlıdır.
Bu barədə hələ 2006-cı ildə "Quardian" qəzetinə müsahibəsində türkiyəli professor Okan Tüysüz danışıb.
Professor müsahibəsində zəlzələnin 2030-cu ilə qədər baş verə biləcəyini qeyd edib:
"Maqnitudasını bilirik. Yerini bilirik. Sadəcə, nə vaxt olacağını dəqiq bilmirik. Amma 2030-cu ilə qədər İstanbulda 7,6 bal gücündə zəlzələnin baş vermə ehtimalı 65 faizdir".
Məsələyə münasibət bildirən tanınmış geoloq Naci Görür İstanbulda böyük zəlzələnin 2029-cu ildə ola biləcəyini bildirib:
“Yaxud bir gün yuxudan qalxarıq və dəhşətli mənzərə ilə qarşılaşarıq. İstanbulda böyük zəlzələnin olacağı haqda hələ 1999-cu ildən danışırıq. Bildirirdik ki, önümüzdəki 30 il ərzində zəlzələnin ola bilmə ehtimalı 64 faizdir. Artıq 23 il keçib, 2029-cu ildə ola bilər, ya da həmin dövrə qədər hansısa müddətdə”.
Professor xatırladıb ki, Düzcə zəlzələsini öncədən xəbər veriblər:
“Biz milləti qorxutmamaq üçün hay-küy salmadıq, "tədbirli olun" dedik. Bunu deməyimizdən 3 ay sonra Düzcədə 7,2 ballıq zəlzələ oldu. Öncədən xəbərdarlıq etdiyimiz üçün lazımi tədbirlər görülmüşdü. İstanbulla bağlı da xəbərdarlıq edirik, hazırlıqlı olmalıyıq”.



Məşhur seysmoloq xəbərdarlıq etdi: Güclü zəlzələ gözlənilir
Rəsədxanadan əhaliyə QORXUNC XƏBƏRDARLIQ: Böyük zəlzələ gözləyirik
İstanbulda 500 min insan öləcək, 2,5 milyonu isə... – QAÇILMAZ SONLUQ
Türkiyədə gözlənilən zəlzələ ilə bağlı xəbərdarlıq
İstanbulda zəlzələ oldu
İstanbulda zəlzələ oldu
Böyük zəlzələyə hazırlaşın - Professor qorxunc PROQNOZU TƏSDİQLƏDİ
Türkiyəli geoloqdan XƏBƏRDARLIQ: 7,5 bal gücündə zəlzələ ehtimalı...
Ermənistanda güclü zəlzələ: Azərbaycan da silkələndi
Yaponiyada güclü zəlzələ baş verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 