Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsi elanı.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi elan edir.
Müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/ proqramı vasitəsi ilə qəbul ediləcək.
Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə ərizələrin qəbulu 10 fevral 2023-cü il tarixdən 2 mart 2023-cü il saat 18.00-dək müddəti əhatə edir.
Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
“Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin
ELANI
Agentlik aşağıda qeyd olunan müsabiqə mövzularını təqdim edir:
- Qərbi Azərbaycanlılarının pozulmuş hüquqlarının bərpası və onların doğma torpaqlarına qayıdışı hüququ haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
- “Ümummilli Lider Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda təşəbbüslər;
- Qərbi Azərbaycan haqqındam tarixi həqiqətlərin araşdırılması və təbliği istiqamətində təşəbbüslər;
- Qərbi Azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəni irsinin tanıdılması istiqamətində multimedia məhsullarının istehsalı, elektron resursların yaradılması;
- Qərbi Azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə tanınması istiqamətində təşəbbüslər;
- Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi, tarixi – memarlıq və dini abidələrin, müqəddəs yerlərin dağıdılması faktlarının beynəlxalq müstəvidə təbliği ;
- Qərbi Azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində təşəbbüslər;
- Qərbi Azərbaycanın ədəbi mühitinin tədqiqi və təbliği;
- Qərbi Azərbaycandan olan elm, mədəniyyət , dövlət və ictimai xadimlərin tanıdılması;
- Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi – memarlıq abidələrinin, mədəni irsinin tanıdılması istiqamətində təşəbbüslərin dəstəklənməsi;
- Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti ilə əlaqədar ölkə xaricində (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Çin) ictimai vəkillik təşəbbüsləri
- Layihələrin müddəti 6 aya qədər (layihələr 1 noyabr 2023-cü il tarixinə kimi yekunlaşmalıdır) ola bilər.
Qrantın məbləği
- Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 30 000 (otuz min) manatdır.
QHT üçün tələblər
- Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
- Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
- Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
Layihələrin qiymətləndirilmə meyarları
Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Agentlik aşağıdakı meyarlardan istifadə edəcək:
- Layihə mövzusunun QHT-nin nizamnamə məqsədlərinə uyğunluğu;
- layihənin ideyasının düzgün əsaslandırılması;
- layihənin məqsəd və vəzifələrinin aydınlığı;
- layihənin mövzusunun aktuallığı;
- layihənin innovativliyi;
- layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı;
- layihənin smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması,
- maliyyə bölgüsünün məntiqli və inandırıcı olması;
- QHT-nin və layihə icraçısının müvafiq layihə mövzusunda uyğun təcrübəsi;
- layihə üzrə risklərin təhlili;
- layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
- layihə nəticələrinin aydınlığı, onların layihənin əsas məqsədinə çatmağa xidmət etdiklərini göstərməsi;
- layihənin icrası zamanı müvafiq tərəfdaşlarla əməkdaşlıq;
- müsabiqədə iştirak edəcək QHT-lərin 1 aprel 2023-cü ilədək Agentlik qarşısında öhdəliyi (debitor borc) olmamalıdır;
- Agentliyin elan etdiyi əvvəlki qrant müsabiqələrində müqavilə öhdəliklərinə məsuliyyətlə əməl olunmalı, şəffaflıq təmin edilməli, təsviri və maliyyə hesabatları təlimatlara uyğun təqdim olmalıdır.
Ərizələrin təqdim olunması üçün texniki tələblər
- QHT-lər Agentliyin https://ngogrant.az/ proqramı vasitəsilə QHT və layihə haqqında məlumatları təqdim edir;
- Şəxsən, poçtla və ya e-poçt ünvanlarına təqdim olunan ərizələr qəbul olunmur.
Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar
- Ərizə forması (elektron forma elana əlavə olunur),
- Layihə təklifi (elektron forma elana əlavə olunur),
- Fəaliyyət planı(elektron forma elana əlavə olunur),
- Xərclər smetası (elektron forma elana əlavə olunur),
- Dövlət qeydiyyatı haqqında şəhadətnamə,
- Reyestrdən çıxarış,
- Nizamnamə (təsdiq edilmiş sənədin bütün səhifələri),
- VÖEN (sənədin hər iki üzü),
- QHT-nin bank rekvizitləri,
- QHT rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti (sənədin hər iki üzü),
- QHT rəhbərinin CV-si
- QHT-nin mühasibinin CV-si.
Ərizələrin qeydə alınmasından imtina üçün əsas səbəblər
- Tələb olunan sənədlər tam təqdim edilmədikdə;
- Təqdim olunan sənədlərdə səlahiyyət müddəti bitdikdə;
QEYD:
- Müsabiqəyə təqdim olunan sənədlərdə dəyişiklik və düzəliş edilə bilməz.
Müsabiqənin prosedur qaydaları
Müsabiqə üzrə ərizələrin qəbulu 10 fevral 2023-cü il tarixindən – 02 mart 2023-cü il saat 18:00 tarixinədək elektron qaydada həyata keçirilir.
Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 14 fevral 2023-cü il saat 15.00-da ZOOM platformasında keçiriləcək.
Sessiyada iştirak etmək istəyən QHT nümayəndələri üçün ZOOM link:
https://us02web.zoom.us/j/86096911527?pwd=YmlnVXB2ZUxZYUFPZzZxZFBFblFDUT09
Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Agentliyin Layihələrin idarəedilməsi departamentinin əməkdaşı Ülkər Süleymanovaya müraciət etmək olar:



Şuradan QHT-lərə vacib güzəşt
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Ölkəmizdə yeni elektron tətbiq: SƏLİS müqavilə...
Qrant müsabiqəsi ilə bağlı QHT Agentliyindən açıqlama: GÖZLƏYİRİK
Azay Quliyev koronavirusla bağlı QHT-lərə çağırış etdi
Şura 4-ci qrant müsabiqəsini elan etdi
56 qrant layihəsi koronavirusla mübarizəyə yönləndirildi – Azay Quliyev açıqladı
İlham Əliyev sərəncam imzaladı
QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini təşkil edib
QHT-lərə Dövlət Dəstəyi Şurası elektron xidmətlərini vahid məlumat portalında qeydiyyatdan keçirən ilk qurumdur
İlham Əliyev fərman imzaladı
“Qərbi Azərbaycan toponimləri – sadə həqiqətlər” adlı jurnalın təqdimat mərasimi keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 