Türkiyənin 10 vilayətində böyük dağıntılara səbəb olan zəlzələdən sonra dağılan binalarla bağlı araşdırma başlanıb.
ONN media xəbər verir ki, artıq bir neçə bölgədə podratçı şirkət rəhbərlərinə qarşı əməliyyatlar başladılıb.
Diyarbakır Prokurorluğu şəhərdə baş verən zəlzələdə dağılan binalarla bağlı sütunları kəsdiyi və tikinti qüsurları olduğu iddia edilən 29 nəfər haqqında həbs qərarı çıxarıb.
Qaziantepdə zəlzələ nəticəsində dağılan Ayşe-Mehmet Polat yaşayış kompleksinin podratçısı Mehmet Ertan Akay İstanbulda saxlanılıb.
Araşdırmalar zamanı uçan binanın sütununu kəsdiyi müəyyən edilən daha iki nəfər saxlanılıb.
İstintaq çərçivəsində təyin edilmiş texniki ekspert komitələri yerlərdə işlərini davam etdirir.
Şanlıurfada zəlzələ nəticəsində dağılan binalarda aşkarlanan tikinti qüsurları və sütun kəsmə hərəkətləri ilə bağlı həbs qərarı çıxarılan 8 şübhəli tutulub.
Hatayda "Renaissance Residence"-ın inşaat podratçısı Mehmet Yaşar Coşkun özü ilə apardığı pullarla xaricə qaçacağı iddiası ilə tutularaq saxlanılıb.
Kahramanmaraş Baş Prokurorluğu da əməliyyatlarla bağlı məlumat yayıb. Bildirilib ki, zəlzələ bölgələrində dağılan binalarla bağlı dərhal və gecikdirilmədən araşdırmalara başlanıb, texniki ekspert komissiyaları təyin edilib. Qeyd edilib ki, məsələnin həssaslığı nəzərə alınmaqla, ciddi və bütün detallarla araşdırma aparılır



Türkiyədə zəlzələyə görə 340 nəfər saxlanılıb
Zəlzələdə yerlə yeksan olan binanı tikən ustadan ŞOK AÇIQLAMA
İzmirdəki zəlzələyə görə 9 nəfər HƏBS EDİLDİ
Zəlzələ zamanı ölənlərin sayı 3 minə yaxınlaşır
İmtahan suallarını öncədən paylayan 12 şübhəli həbs edildi
Türkiyədə güclü zəlzələ olub- ÖLƏNLƏRİN SAYI ARTDI
Türkiyədə güclü zəlzələ oldu- Çox sayda yaralı var
ATU tələbəsi Türkiyədə həlak olub
XİN TƏSDİQLƏDİ: Azərbaycan vətəndaşı zəlzələ zamanı həlak olub
Tələbələrin meyidləri ekspertizadan sonra ailələrinə təhvil veriləcək
Ağsuda zəlzələdə dağılan 66 evin tikintisinə başlanıb
İstanbulda çökən binanın sahibi saxlanıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 