Türkiyənin Qəhrəmanmaraş şəhərində baş vermiş zəlzələ zamanı 2 Azərbaycan vətəndaşı həlak olub, 1-i dağıntılar altında qalıb.
ONN media xəbər verir ki, bunu Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qəhrəmanmaraşda dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbənin vəziyyəti hazırda yaxşıdır:
"Qəhrəmanmaraş Sütçü İmam Universitetində 60-a yaxın azərbaycanlı tələbə vardı. Zəlzələ baş verən zamanı ali təhsil müəssisəsinin tələbəsi Göyçə Baxşəliyeva dağıntılar altında qalmışdı. O, təbii fəlakətdən 30 saat sonra dağıntılar altından sağ çıxarıldı. Hazırda vəziyyəti yaxşıdır, müalicə olunur. Müalicəsi yekunlaşandan sonra Azərbaycana təxliyə ediləcək. Azərbaycanın Türkiyədəki Səfirliyi ilə birlikdə buradakı digər tələbələrimizi avtobus vasitəsilə Azərbaycana təxliyə etdik. Təxminən 50-dən çox tələbəni zəlzələdən sonra Azərbaycana yola saldıq".
"Qəhrəmanmaraşda hadisə zamanı 2 Azərbaycan vətəndaşı həlak olub. Biri şəhərin Elbistan rayonunda, digəri isə şəhər mərkəzində dağıntılar altında qalaraq vəfat edib. Onlar dağıntılar altından çıxarıldı və meyitləri səfirliyimizin əməkdaşları ilə birlikdə Azərbaycana göndərildi. Hazırda isə Qəhrəmanmaraşda dağıntılar altında 1 Azərbaycan vətəndaşı qalıb. Qadının qızı buradadır. Həmin xanımla dünən danışmışam və anasının hələ də dağıntılar altında qaldığını bildirir. Hər gün Azərbaycan səfirliyi vətəndaşımızla əlaqə saxlayır. Həmin qadın oradan çıxarıldıqdan sonra Azərbaycana təxliyə ediləcək", - H.Əmirli vurğulayıb



Dağıntılar altından azərbaycanlı tələbə tapılıb
Türkiyədə azərbaycanlı tələbələr dağıntılar altından çıxarıldı
Bu şəhərdə tələbə olan azərbaycanlıların NƏZƏRİNƏ
Türkiyədə daha bir ailə dağıntılar altından sağ çıxarıldı
Azərbaycanlı tələbənin cansız bədəni dağıntılar altından çıxarıldı
Xilasedicilərimiz 11 nəfəri dağıntılar altından çıxardı
Dağıntılar altında qalan tələbələrlə bağlı açıqlama
Dağıntılar altında qalan tələbənin anası danışdı
Azərbaycanlı tələbələrin əşyaları tapıldı- Özləri isə...
Dağıntılar altında qalan tələbələrin fotosu yayıldı
5 yaşlı uşaq 19 saatdan sonra...- İNANILMAZ
Zəlzələ nəticəsində yenidən ölənlər var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 