ONN İnformasiya Agentliyi

"Qarabağ" qələbəsini Türkiyəyə həsr etdi

"Qarabağ" qələbəsini Türkiyəyə həsr etdi
17-02-2023, 08:44

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Gent" üzərində qələbəni (1:0) Türkiyəyə həsr edib.

ONN media xəbər verir ki, bu barədə klubun prezidenti Tahir Gözəl danışıb.

"Bu qələbəni Türkiyə xalqına ərmağan edirik. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa versin. Bu qələbə Türkiyəyə mənəvi hədiyyəmiz olsun”, - Gözəl söyləyib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Nəticədə, son məlumata görə, 36 mindən çox insan həlak olub

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png