Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ciddi zədə alıb.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, 29 yaşlı qolkiperin qolu sınıb:
"Cərrahi müdaxiləyə ehtiyac olacaq. Amma əməliyyatın vaxtı və yeri dəqiq bilinmir. Variantlara baxıldıqdan sonra qərar qəbul olunacaq".
Klub rəsmisi məşqdə zədələnən təcrübəli qapıçının təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib. Bu isə o deməkdir ki, qolkiper UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə qarşı hər iki matçı buraxacaq. Qarşılaşmalar müvafiq olaraq, fevralın 16-sı və 23-də keçiriləcək.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasının da üzvüdür.



Şahruddin qayıdır
"Qarabağ"ın rəqibi böyük hesabla qələbə qazandı
Şahruddin ciddi zədə aldı
"Qarabağ"ın oyunlarının başlama vaxtı açıqlandı
Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"da! - RƏSMİ
Şahruddin "ən yaxşılar" siyahısında
"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi dəyişə bilər
"Qarabağ"ın kapitanı "Aşdod"la matçda CƏZALANDIRILDI
"Qarabağ"ın zədəli futbolçularının son durumu necədir?
Püşkatma təkrarlana, “Qarabağ”ın rəqibi dəyişə bilər
"Qarabağ"ın rəqibi bəlli oldu
"Qarabağ"ın qapıçısı: "Milli komandada uduzmaqdan yorulmuşuq"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 