Əsrin fəlakəti" olaraq bilinən Türkiyənin zəlzələ bölgəsinə Azərbaycan dövləti və cəmiyyətinin qardaş köməyi davam edir. Bir çox iş adamı cəmiyyətləri və qeyri-hökümət təşkilatlarının birləşərək formalaşdırdığı Qardaş Köməyi Platformasını təmsil edən heyət də Kahramanmaraş başda olmaqla zəlzələ bölgəsinə səfər edib.
ONN media xəbər verir ki, heyətdə təmsil olunan Türk-İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu açıqlamasında bildirib ki, bu, tarixi bir sınaq dövrüdür. Bu mənada, Azərbaycan da çətin dövrlərin qardaşı olduğunu göstərmiş oldu.
Onun sözlərinə görə, Azərbaycanda bir neçə qeyri hökumət təşkilatının toplaşaraq formalaşdırdığı Qardaş Köməyi Platforması da dövlətlə paralel olaraq Türkiyədəki zəlzələ bölgəsinə yardımlar göndərir.
""Qardaş köməyi" XX əsrin əvvəllərində Azərbaycan aydınlarının, ictimai xadimlərinin qurduğu cəmiyyətlərin əsas şüarı olub. O dövrdə Bakı, Gəncə və Tiflisdə qurulan müsəlman xeyriyyə cəmiyyətləri həm Anadoludakı Balkan, həm də Birinci Dünya müharibəsində soydaşlarımıza yardım etmək üçün müxtəlif kampaniyalar aparıblar. Bunu da "qardaş köməyi" devizi altında aparıblar" deyən T.Nüsrətoğlu bildirib ki, indi də Qardaş Köməyi Platforması həmin missiyanı yerinə yetirir.
Telman Nüsrətoğlu qeyd edib ki, göndərilən yardımlar bir-bir məntəqələrə çatdırılır:
"Burda, doğrudan da, çox dəhşətli bir yıxım var. Hatayda, demək olar, binaların 80%-i yoxdur. Bu qəsəbələrin hamısı yenidən qurulmalıdır. Dövlət əlindən gələn hər şeyi edir. Amma, təbii ki, böyük bir ərazidir. Dövlət insanların ehtiyaclarını təmin edir. Böyük bir səfərbərlik var".
Mərkəz rəhbəri qeyd edib ki, Azərbaycanın dövlət və millət olaraq dəstək verməsi böyük təqdirlə qarşılanır.
"Bu, tarixi bir sınaq dövrüdür. Bu mənada, Azərbaycan da çətin dövrlərin qardaşı olduğunu göstərmiş oldu. Biz də QHT təşkilatları olaraq, burdayıq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq".



“Qardaş Köməyi” Platformasını təmsil edən heyət Türkiyədəki zəlzələ bölgəsində səfərdədir
"Qardaş Köməyi" platforması Türkiyəyə yenə yardım göndərdi
"Qardaş köməyi" platforması fəaliyyətini davam etdirir
Türkiyədə zəlzələdən zərər çəkən qadınlara 8 mart - bayram sovqatı göndərildi
"Qardaş Köməyi" platforması Ramazan kompaniyasına start verir
Qardaş Köməyi öz tarixi missiyasını davam etdirir
Qardaş köməyi davam edir
Süleyman Soylu Azərbaycana təşəkkür etdi
“Qardaş Köməyi” platforması üzərindən Türkiyəyə edilən yardımların həcmi açıqlandı
15 mart tarixinə Türkiyəyə qardaş köməyinin həcmi açıqlanıb
Azərbaycan İrana yardım təklif etdi
Əli Əsədov Fuad Oktaya başsağlığı verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 