“Qardaş Köməyi” platforması çərçivəsində qardaş Türkiyəyə göndərilən yardımların 20 fevral tarixinə həcmi açıqlanıb.
ONN İnformasiya Agentliyi Platformanın rəhbəri Rəşad Cabirlidən aldığı məlumata əsasən xəbər verir ki, 20 fevral tarixinə Platforma tərəfindən ümumilikdə 117 yük maşını və 4 təyyarə olmaqla fəlakət zonasına xüsusi yığılmış, yaşamaq üçün bütün şəraitlə təhçiz edilmiş 49 ədəd ev tipli konteyner, 80 çadır, əksəriyyəti böyük gücə malik olmaqla ümumilikdə 190 generator (təqribən 2110 kv gücündə), 839 sayda pover bank, 4 tır müxtəlif gigiyenik məhsullar, 120 min litr su və müxtəlif meyvə şirələri, 26 ton dərman və tibbi ləvazimatlar, 121 ton qida, 600 minə yaxın geyim növləri və tekistil ləvazimatları göndərilmişdir.
Xatırladırıq ki, Platforma qardaş Türkiyə Respublikasının cənub-şərqində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkən insanlara yardım etmək məqsədi ilə fəlakətdən dərhal sonra, 06.02.2023 fevral tarixində Azərbaycan Sahibkarlar Konfederasiyası, MÜSİAD Azərbaycan, ATİB, TUİB, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Gəncliyə Yardım Fondu, KOB Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), Azərbaycan Əczaçılar Klubu, Müasir İnkişaf Birliyi, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin yetkililəri ilə birlikdə təsis edilib. Platformanın fəaliyyətini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Türkiyənin aidiyyəti dövlət qurumları, eyni 4zamanda Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi ilə birgə koordinasiyalı fəaliyyət həyata keçirir.
Hal-hazırda platforma özündə 100-dən artıq ictimai birliyi, biznes klubları və assosiasiyaları birləşdirir.



Qardaş köməyi davam edir
15 mart tarixinə Türkiyəyə qardaş köməyinin həcmi açıqlanıb
"Qardaş Köməyi" platforması Türkiyəyə yenə yardım göndərdi
"Qardaş köməyi" platforması fəaliyyətini davam etdirir
Türkiyədə zəlzələdən zərər çəkən qadınlara 8 mart - bayram sovqatı göndərildi
"Qardaş Köməyi" platforması Ramazan kompaniyasına start verir
Türkiyəyə "Qardaş köməyi": Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq- FOTOLAR
“Qardaş Köməyi” Platformasını təmsil edən heyət Türkiyədəki zəlzələ bölgəsində səfərdədir
Qardaş Köməyi öz tarixi missiyasını davam etdirir
MN Türkiyəyə yardım göndərdi
Türkiyəyə yardımla bağlı əhaliyə çağırış
Mehriban Əliyeva göstəriş verdi- Yardımlar yola çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 