Bu gün biz regional təhlükəsizliklə bağlı məsələlər haqqında da danışacağıq. Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq”.
ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Hər halda biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik. Əlbəttə, bizim münasibətlərimizin və bugünkü danışıqlarımızın gündəliyi mənim haqqında danışdığım istiqamətlərlə məhdudlaşmır. Buna görə gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Əminəm ki, səfərin nəticələri həmişəki kimi müsbət olacaq”



İlham Əliyev İqor Xovayevi qəbul etdi - YENİLƏNDİ
Bu gün Əliyev, Putin və Paşinyan arasında görüş keçiriləcək
İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır"
Prezident Gürcüstanın XİN başçısını qəbul etdi
XİN rəsmiləri nəyi müzakirə etdi?
Lavrovla Blinken arasında MÜZAKİRƏ: Azərbaycan-Ermənistan arasında...
İlham Əliyev Belarusun Müdafiə nazirini qəbul etdi (YENİLƏNDİ)
Bayramovla Lavrov arasında Qarabağ müzakirəsi
Ermənistan bunu qəbul edib - Prezident açıqladı
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı oldu - YENİLƏNDİ
Bayramovla Lavrov arasında görüş başladı
İlham Əliyev Fransa XİN-in Şərq Tərəfdaşlığı üzrə səfirini qəbul etdi - YENİLƏNDİ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 