Döyüş təyyarələri qonşu ölkələrin sərhədini pozmadan ölkə daxilində müəyyən qaydalar çərçivəsində sərbəst uça bilər. Sərhəd pozulduğu təqdirdə isə ölkə başçısının, müdafiə naziri və komandanların əmri əsasında qırıcılar qaldırılır, lazımi cavab verilir.
Bu sözləri ONN media-ya İranın döyüş təyyarəsinin Azərbaycanla sərhəd boyunca və onun üzərindən uçuş həyata keçirtməsi haqqında danışan Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş deyib.
General-polkovnik artıq Şuşa Bəyannaməsi əsasında müəyyən addımların atılmasının vaxtının çatdığını vurğulayıb:
“İran Rusiyanın bölgədə zəifləməsindən istifadə edib, Ermənistanda onun yerinə doldurmağa çalışır. Hətta may ayınadək 4000 terrorçunun Qarabağa daşınması planı ilə bağlı məlumatlar var.
Sözügedən məsələ ilə bağlı iki il öncə də danışmışdıq. Tehran İrəvanın neft və qaz, eyni zamanda digər ehtiyaclarını qarşılamaq yolu ilə dividentlər əldə etməyə çalışır. Paşinyan hakimiyyətinin artıq İrandan asılı olduğu məqamlar var. İran həm birbaşa, həm də Ermənistan üzərindən təxribatlar törədərək düşmənçiliyi artırır. ABŞ, Fransa, Rusiya da məlum olduğu kimi, Ermənistanı dəstəkləyir. Suriyada bu yaxınlarda İranla bağlı genişmiqyaslı toqquşma gözlənilir. Yaxın zamanda PKK, YPG və İrana bağlı silahlı qruplar arasında başlayan döyüşlərin şahidi olacağıq. Meydana gələn təxribat və hadisələr yalnız İran-Azərbaycan məsələsi deyil. Bölgədə artıq tərəflər bəllidir və onlar bir-biri ilə mübarizə aparır. Şuşa Bəyannaməsi açıq şəkildə ortadadır. Əgər ehtiyac yaransa, Türkiyə Silahlı Qüvvələri Azərbaycana dəvət ediləcək. Məsələn, Türkiyədən bir F-16 eskadronunun Azərbaycana göndərilməsi və onların mümkün təcavüzlərə lazımi cavabı verməsi mümkündür. Hazırda Türkiyə və Azərbaycan müdafiə sahəsində tək ölkə kimi hərəkət edir. Artıq Bəyannamə çərçivəsində bir sıra addımların atılmasının vaxtının çatdığını düşünürəm”.
Qeyd edək ki, 11 martda İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi XİN-ə çağrılıb, ona müvafiq nota təqdim edilib



Bu hadisə Türkiyə üçün qürur mənbəyidir- Ərdoğan
PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir
Yaponiya qırıcıları da havaya qalxdı- ŞOK
SON DƏQİQƏ: AZAL Ermənistan üzərindən uçuşlara BAŞLADI
Müdafiə naziri təlim mərkəzinə baş çəkdi - VİDEO
Azərbaycan və Türkiyə döyüş təyyarələri havaya qalxdı - VİDEO
ABŞ təyyarələri Rusiya sərhədinə yaxınlaşdı
Elçin Quliyev Gürcüstan sərhəddində
Prezidentin köməkçisi və Zakir Həsənov ön xətdə olublar
İranın Xəzərdə Türkiyə QORXUSU: Tehran təlimlərdən narahatdır
General Polad Həşimovun yerinə YENİ TƏYİNAT
Akar: "Türkiyə-Azərbaycan birgə təlimləri bölgədə sabitliyə yönəlib"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 