Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, Heydər Əliyev adına Hərbi İnstitutda “Heydər Əliyev şəxsiyyəti, siyasi portreti və idarəçilik təcrübəsi” mövzusunda institutun Kursant Hərbi-Elmi Cəmiyyətinin növbəti 18-ci konfransı keçirilib.
Konfransda hərbi institutun zabit, professor-müəllim heyəti ilə yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Daxili Qoşunların Ali Hərbi Məktəbinin nümayəndələri də iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda “Hərbi nəzəri elmlər”, “Humanitar elmlər və milli təhlükəsizlik”, “Texniki elmlər”, “Fundamental və təbiət elmləri” və “İqtisadiyyat və informasiya texnologiyaları” bölmələri üzrə həm Heydər Əliyev adına Hərbi İnstitutun, həm də digər ali təhsil müəssisələrindən ümumilikdə 70 nəfərə yaxın kursantın məruzəsi dinlənilib, aktual məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Həmçinin “Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün örnəkdir”, “Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti”, “Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər” və digər mövzularda məruzələr təqdim olunub.
Qeyd edilib ki, konfransın keçirilməsində əsas məqsəd elmi və elmi-tədqiqat işinə meyilli kursantların aşkar edilməsi, hərb elminin inkişaf etdirilməsində onların rolunun artırılması, fərdi bacarıq və vərdişlərinin, intellektual səviyyəsinin, dünyagörüşünün yüksəldilməsi, elmi yaradıcılıq fəaliyyətinin, sərbəstliyinin, müstəqil düşüncə, analitik və tənqidi təfəkkürünün formalaşdırılması, eləcə də hərb nəzəriyyəsinin və praktikasının aktual məsələlərini müzakirə etmək, həmçinin aparılan tədqiqatların hərb elminin inkişafında rolu barədə konfrans iştirakçılarını məlumatlandırmaqdan ibarətdir.
Sonda məruzələri müsbət qiymətləndirilən kursantlara sertifikat və fəxri fərmanlar təqdim olunub.



Kursantlarımızın andiçmə mərasimi keçirildi
Bakıda kursantların andiçmə mərasimi keçirildi
Azərbaycanda hərbi məktəblər Milli Müdafiə Universitetinin tabeliyinə verildi
Ali Hərbi Məktəbdə andiçmə mərasimi keçirildi
Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutu yaradılıb
Azərbaycanda yeni hərbi universitet yaradıldı
“İlham Əliyev və ordu quruculuğu”: Seminar - Foto
Orduda silsilə tədbirlər keçirildi
MN rəsmi məlumat yaydı
Heydər Əliyev adına Hərbi İnstitutda tədbir keçirilib
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 