İctimai həyatımızda önəmli yer tutan Ramazan ayında günboyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət verilməlidir. İmsak sadə nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanmalıdır.
ONN media xəbər verir ki, buna görə də, Ramazan ayı ilə birlikdə bəslənmə vərdişlərində də dəyişikliklər edilir. Oruc tutarkən bəslənməyə daha çox diqqət göstərilməli, yağlı yeməklərin qəbulundan çəkinməliyik. Yeməklərin ağır olmamasına, az yağlı və yağda qızardılmayan yeməklərin seçilməsinə diqqət yetirilməlidir.
Hər vaxt təklif edildiyi kimi bu ayda da məqsəd kafi və balanslı bəslənməyi qoruyub saxlamaqdır. Orucluq ayında da pay sayının ən az üç hissəyə bölünməsi məsləhət görülür. Belə bəslənmə şəklinə diqqət yetirməyən sağlam insanlarda zaman-zaman həzm çətinlikləri, mədə və bağırsaqlarda həddindən artıq qaz yaranması, anidən təzyiqin yüksəlməsi kimi problemlər yarana bilər. Xüsusilə bu dövrdə yeyilən unlu məmulatlar və yüksək kalorili qidalar çəkinin artmasına, kökəlməyə səbəb ola bilər. Ramazanda iftar süfrələrinə qoyulan qidaların kalorili, insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən, vitamin və minerallarla zəngin olması vacibdir. Xüsusilə quru paxlalı, tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır. İftarda qatıq qəbulu həzmdə yaranan çətinliyi aradan qaldırır.
Ramazan aylarında qəbizlik şikayətinin qarşısını almaq üçün iftardan bir-iki saat sonra meyvəyə üstünlük vermək lazımdır. Hər axşam 2-3 pay meyvə qəbulu günlük vitamin ehtiyacını ödəmiş olur. Meyvəni yatmazdan 1-1,5 saat əvvəl qəbul etmək məsləhətdir. Xüsusilə yayda ən çox istifadə edilən qarpız çoxsulu olduğuna görə iftardan sonra əla seçimdir. İftardan iki saat sonra yüngül yürüşə çıxmaq həzmi asanlaşdırar və daha rahat yatmağınızı təmin edə bilər. İçdiyiniz bütün çaylara bir darçın çubuğu atmaq qanda şəkəri qaydasına salacaq.



Ramazanda düzgün qidalanmağın yolları
Oruc tutanlar necə qidalanmalıdır? - VACİB TÖVSİYƏLƏR
Sahura qalxmadan oruc tutmayın! - XƏBƏRDARLIQ
Xroniki xəstəliyi olanlara Ramazan XƏBƏRDARLIĞI
Bakı restoranlarındakı iftar menyusu QİYMƏTLƏRİ
Oruc tutarkən başınız ağrıyırsa mütləq oxuyun
Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı
Ağız qoxusundan xilas yolları - Oruc tutanlara tövsiyə
Oruc tutarkən baş ağrısının qarşısını necə alaq?
Oruc tutanların NƏZƏRİNƏ - Mütəxəssislər xəbərdarlıq edir
Ramazanın ilk günü: Dua, imsak və iftar vaxtı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 