Ramazan ayında oruc tutanlar tez-tez ağız qoxusundan şikayətlənirlər. ONN media bu problemdən xilas olmağın yollarını təqdim edir. Oruc tutarkən ağız qoxusunun qarşısını necə almaq olar?
Ağız qoxusu təkcə diş çürüməsi nəticəsində yaranmır. Ən böyük səbəbi diş əti iltihabıdır. Həm də protezlər də ağız qoxusuna səbəb olur. Bundan başqa, bronxlar və mədə ilə bağlı qoxular da meydana gələ bilər. Yəni daha əvvəl yediyimiz qidalar və mədənin boş olması qoxu ehtimalını artırır. İmsak zamanı ağıza qulluq yaxşı edilmədiyi halda isə ağız qoxusu daha da artır. Orucluykən ağız spreyləri rahat istifadə edilə bilər. Bundan başqa, qoxunun qarşısını alan qarqaraları da udmamaq şərti ilə gündə bir neçə dəfə istifadə edə bilərsiniz. Ramazandan əvvəl də həmin şəxslər diş müayinəsinə gediblərsə, bu problemlə qarşılaşmazlar. Oruc tutulan zaman diş çürüyə bilərmi? Bəli. Çünki imsak və iftarda yeyilən yeməklərdən sonra ağızda balans tamamilə pozulur, turşuluq nisbəti artır. Bakteriyaların çoxalması üçün uyğun bir ortam yaranır. Yemək yeyildikdən sonra dərhal yatdığınız üçün ağızdaxili hərarət artır, belə olan halda da daha çox bakteriya yarana bilər. Bu müddətdə diqqətli olmazsanız, diş çürükləri arta bilər. Oruc tutarkən dişlər fırçalanmalıdırmı? Yeməkdən sonra 30 dəqiqə ərzində bakteriyalar dişdə çürümə yaratmağa başladığından imsakda dişlər mütləq fırçalanmalıdır. Gün ərzində də fırçalamaq olar. Bu, din adamları tərəfindən də hər dəfə qeyd edilir. Diş pastasını udmamaq şərtilə dişi fırçalamağa icazə var. Diş pastasını da, ağız suyunu da oruclu vaxtı rahat istifadə etmək olar. Necə ki, duş qəbul etmək orucluğa problem yaratmır, diş fırçalamağın da heç bir mənfi cəhəti yoxdur. Ramazanda ağıza qulluq necə edilməlidir? İmsak və iftardan sonra dişlər xüsusi təmizlənməlidir. Bir ay boyunca dilaltı və diş əti bölgələrinin yaxşıca təmizlənməli, bir də ağız antiseptik maddəsi istifadə edilməlidir. Ən sadə yolu isə duzlu su ilə qarqara etməkdir.Ağız qoxusundan xilas yolları - Oruc tutanlara tövsiyə



Ağız qoxusunun qarşısını alan İNANILMAZ ÜSULLAR
Ağız qoxusunun qarşısını alan SADƏ QAYDALAR
Məşhur həkimdən Ramazan xəbərdarlığı nədir?
Ağız xərçənginin ilk əlamətləri nədir?
Oruc tutmaq barədə 7 yanlışlıq
Ağız ətrafındakı qırışları bununla yox edin
Oruc tutanların diqqətinə- İmsak vaxtı...
Oruc tutmaq koronaya yoluxmaq ehtimalını artırır?
Ağız yaxalayıcısı koronavirusdan qoruya bilər? - MARAQLI ARAŞDIRMA
Saqqızı neçə dəqiqə çeynəmək olar?
Xroniki xəstəliyi olanlara Ramazan XƏBƏRDARLIĞI
Oruc tutarkən baş ağrısının qarşısını necə alaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 