Naxçıvanda polis sahə müvəkkillərinin kütləvi şəkildə sərəncama göndərildiyi bildirilir.
ONN media xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan” məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu addıma səbəb kəndlərdəki polis məntəqələrinin ixtisara salınmasıdır.
2008-ci ildən bəri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun göstərişi ilə Naxçıvanın bütün kənd və qəsəbələrinin hər birində polis məntəqələri yaradılmışdı. Bu məntəqələrin hər birində müvəkkil vəzifəsi yaradılmışdı. Məlumata görə, yeni qərara səbəb ixtisar aparmaqla büdcəyə qənaət etməkdir.
Məlumatı bir qrup sahə müvəkkili də təsdiqləyib. Onlar isə iddia edirlər ki, Naxçıvanın yeni daxili işlər naziri Süleyman Neymətov köhnə komandadan qurtulmaq üçün bu addımı atır:
“Naxçıvandakı sahə müvəkkillərinin yarıdan çoxu bir neçə gündür ki, sərəncama göndərilib. Bizə verilən məlumata görə, artıq hər kənddə polis məntəqəsi olmayacaq. 3-4 kəndi birləşdirib bir polis məntəqəsi edəcəklər.
Sərəncama göndərilən hər kəsə deyiblər ki, işlə təmin olunacaqlar. Hələlik gözləyirik. Sərəncama göndərilənlərin hamısının işə qaytarılacağına inam yoxdur. Nazir dəyişəndən sonra bir neçə rəis və yüksək vəzifəli polis zabiti işindən azad olunub. Onların hamısını keçmiş nazirin yaxın adamları kimi yola salıblar. Çox güman ki, sahə müvəkkillərini də saf-çürük edəcəklər. İnanmadıqları, etibar etmədikləri, keçmiş nazirə yaxın hesab etdikləri adamları işlə təmin etməyəcəklər. Bu isə çoxlu sayda polis zabitinin işsiz qalmasına səbəb olacaq”.



Vasif Talıbovun qardaşı vəzifəsindən azad olundu
Talıbovların biznesinə böyük zərbə
Naxçıvana yeni nazir təyin olundu
Vasif Talıbov vəzifəsinə qayıdır? - ŞOK İDDİA
Vasif Talıbovun daha bir vəzifəsi əlindən alındı
Vasif Talıbovun bu sərəncamı ləğv ediləcək
SON DƏQİQƏ: Vasif Talıbovun oğlu vəzifəsindən azad edildi
Vasif Talıbova daha bir zərbə
SON DƏQİQƏ: Vasif Talıbovun istefa xəbəri yayıldı
Talıbovun istefasından sonra Naxçıvanda nələr dəyişdi?
Vasif Talıbovun oğlu vəzifəsindən azad olunub?
Vasif Talıbov istefa verib?- Köməkçisi açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 