Aprelin 1-dən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə start veriləcək.
ONN media xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, Təhsil İnstitutunun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədilə keçirilir. “48 saatlıq ixtisasartırma təlimləri ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Dəstək təlimləri müdavimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq. 2742 nəfər ibtidai sinif müəllimini əhatə edəcək bu təlimlərdə sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərin də təlimçi kimi fəaliyyət göstərmələrinə şərait yaradılacaq”.
R.Əzizov xatırladıb ki, 2022-ci ildə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikasiyalaşdırılmasına başlanılıb: “11202 müəllim sertifikasiya imtahanında iştirak edib .
O bildirib ki, ötən il imtahanlarda iştirak edən müəllimlərin 22%-i uğur qazana bilməyib: “Sertifikasiyada uğursuz nəticə göstərən ibtidai sinif müəllimləri bu il yenidən sertifikasiyaya cəlb olunacaq. İbtidai sinif müəllimlərinin 78 faizi sertifikasiya imtahanlarında uğur qazanıb. 5624 müəllimin maaşına 10, 3127 müəllimin maaşına isə 35 faiz əlavə olub”.



Sertfikasiyadan keçən müəllimlərə əlavələr nə vaxt veriləcək?
Müəllimlərin sertifikatlaşdırma imtahanları başladı
Müəllimlərin təkrar imtahanların vaxtı açıqlandı
Məktəbəhazırlıq qruplarının müəllimlərinin DİQQƏTİNƏ
Müəllim olmaq istəyənlər imtahan verir
DİQQƏT - Müəllimlərə xüsusi dərs keçiləcək
Orta məktəb müəllimləri üçün qiymətləndirmə keçirilir
Təhsil İnstitutu narazı müəllimlərə müraciət etdi
Bakı məktəblərində müəllimlərin maaşları açıqlandı
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
Müəllimlərin DİQQƏTİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 