“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq sertifikatlaşdırmadan keçən müəllimlərin əmək haqlarına əlavələr sentyabrın sonunda veriləcək.
ONN media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu ilin avqustun 30-da, sentyabrın 1-də və 13-də sertifikatlaşdırmanın test mərhələsi keçirilib. Prosesdə ümumilikdə 11 133 nəfər iştirak edib və onlardan 8 766 nəfər keçid balını toplayıb. Müsahibəyə isə 8707 müəllim qatılıb. Onlardan 8 676 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
Sertifikatlaşdırmadan keçən 3 086 təhsilverənin vəzifə maaşına 35 faiz əlavə olunacaq, 5 590 müəllimin isə 10 faiz əlavə alacaq.
Xatırladaq ki, sertifikatlaşdırmanın birinci mərhələsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunub.



Müəllimlərə maaşdan əlavə nə qədər pul veriləcək?
İlham Əliyev müəllimlərlə bağlı fərman imzaladı
Bu müəllimlər 3 il sertifikatlaşdırmadan keçməyəcəklər - RƏSMİ
Müəllimlərin sertifikatlaşdırma imtahanları başladı
Bu tarixdən müəllimlərin sertifikatlaşdırılmasına başlanılır
Müəllimlərin işə qəbulu qaydalarına DƏYİŞİKLİK EDİLİR - FOTO
Müəllimlərin maaşları ilə bağlı YENİLİK
"Təhsil haqqında" qanuna dəyişiklik - Nələr müzakirə edildi?
Müəllimlərin maaşına 35 faiz əlavə olundu?
Bakı məktəblərində direktor müavini vəzifələri üzrə müsahibə keçirilir
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb
Sabah 28 min müəllim sertifikasiya imtahanı verəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 