Ötən gün Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi, Azərsu ASC və Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə yeni yaradılan Agentliyin tabeliyinə verilib.
Fərman ictimailəşəndən dərhal sonra sosial şəbəkələrdə adıçəkilən qurumlarda kadrların işdən azad edildiyi ilə bağlı məlumatlar yayılmağa başlayıb.
ONN media xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov Bizim.Media-ya açıqlamasında hələlik heç bir kadr dəyişikliyinin baş vermədiyini bildirib.
“Bildiyiniz kimi, ölkə başçısının fərmanına əsasən, yeni agentliyin strukturu beş ay müddətində formalaşacaq. Bu müddətə qədər hər kəs öz işinin başındadır”, - qurumun rəsmisi vurğulayıb.
Azərsu ASC-dən isə deyilib ki, ötən gün yayılan informasiyada yanlışlığa və tələskənliyə yol verilib:
“Qurumda hər kəs öz işinin başındadır. Çünki “Azərsu” ləğv olunmayıb, yeni yaradılan Agentliyin tərkibinə verilib. Bildiyimiz kimi, fərmana əsasən, hələlik yeni agentliyin Əsasnaməsi hazırlanır. Bu Əsasnamə təsdiq olunandan sonra Azərsu ASC-nin hansı formada fəaliyyət göstərəcəyi bəlli olacaq”.



Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı
Bu dövlət qurumları ləğv edildi
Prezident fərman imzaladı
Azərbaycan-Rusiya Birgə Komissiyasının tərkibi yenilənib
İçməli su da bahalaşır? - Müzakirələrlə bağlı RƏSMİ AÇIQLAMA
Media Reyestri 6 ay müddətində yaradılacaq
Prezident bu nazirliyin adını dəyişdi
“Azərsu” ASC-nin Aerasiya stansiyasında yanğın oldu
Dövlət qurumunda dəyişiklik: 26 idarə ləğv edildi
Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN
Yeni dövlət qurumunun rəhbəri kim olacaq? - RƏSMİ AÇIQLAMA
Prezident Əhməd Əhmədzadəni İŞDƏN ÇIXARDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 