Mədəniyyət Nazirliyi Kino Agentliyinin strukturu haqqında məsələyə aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, yeni yaradılacaq Agentliyin strukturu və bundan sonra həyata keçirilməli olan prosedur ölkə başçısının müvafiq Fərmanına əsasən təşkil ediləcək.
Prezident İlham Əliyevin ötən gün imzaladığı müvafiq sərəncamda qeyd edilib ki, Agentlik Azərbaycanda kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr, onun iki müavini daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Agentliyin fəaliyyətinə rəhbərliyi Baş direktor həyata keçirəcək.
Qurumun rəhbərliyi məsələsi ilə əlaqədar nazirlikdən bildirilib ki, bununla bağlı zamanı gəldikdə ictimaiyyətə məlumat veriləcək. (Modern.az)



İlham Əliyev fərman imzaladı
Azərbaycanda yeni agentlik yaradılacaq - NAZİR AÇIQLADI
Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
Azərbaycan kinosunun yaranmasının 120 illiyidir
Tofiq Tağızadənin 100 illik yubileyi keçiriləcək
Prezident sərəncam imzaladı
BŞİH-nin bir neçə idarəsi ləğv edildi
Bu gün Azərbaycanda Milli Kino Günüdür
Azərbaycanda yeni agentlik yaradıldı
İlham Əliyev Xalq artistini yubiley münasibətilə TƏBRİK ETDİ
İlham Əliyev sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 