Azərbaycan hərbçiləri Xankəndi-Xəlfəli-Turşsu yolunda Azərbaycan bayrağını dalğalandırıblar.
ONN media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işləri intensivləşmişdi.
Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunurdu.
Həmin ərazilər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi məsuliyyət zonasında idi.
Martın 25-də Müdafiə Nazirliyi məlumat yaydı ki, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Nazirliyin martın 30-da yaydığı məlumatda da yeni yüksəkliklərin nəzarətə götürüldüyü bildirilib.
Belə ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.



Ermənilər Qarabağda qanunsuz yol çəkir
Ermənilər Qarabağa növbəti dəfə hərbi yük gətirdi
SON DƏQİQƏ: MM-dən TƏCİLİ MƏLUMAT
Şuşanın iki kəndi Ordumuzun nəzarətinə keçdi
Müdafiə Nazirliyi rəsmi məlumat yaydı
Ordumuzun Qarabağda həyata keçirdiyi son əməliyyatın nəticələri bunlardır
Əlverişli mövqelər Bakının nəzarətində: hazırda bu plan üzrə iş gedir
Təxribatdan sonra Şuşada son durum necədir?
Laçın yolunun girişində keçid məntəqəsi quruldu
Ermənilər Turşsudan nələr daşıyır?- ŞOK İDDİA
Qarabağda gərginlik: ŞƏHİDİMİZ VAR
Sülhməramlılar Bakı ilə danışıqlar aparır
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 