Ordumuzun Qarabağda həyata keçirdiyi son əməliyyatın nəticələrini iki kontekstdə dəyərləndirmək olar.
ONN media xəbər verir ki, birincisi, hərbi nəticələrdir:
- 2054 metr yüksəklikdəki strateji bölgəyə (Quyruqyal adlanır) nəzarət bərpa edildi: Sarıbaba dağından 2.9 kilometr şimal-şərqdə yerləşən bu yüksəklik separatçıların tikinti işləri apardığı torpaq yolu - Xankəndi-Kosalar-Mirzələr-Turşsu - nəzarətdə saxlamağa imkan verir;
- Separatçıların intensiv şəkildə istifadə etdiyi Xankəndi-Xəlfəli-Turşsu yolu nəzarətə götürüldü;
- Xankəndidəki separatçıların Ermənistana çıxış kimi istifadə etdiyi bütün yolları bağlandı;
K- Müharibədən sonra azsaylı ermənilərin qaldığı və sülhməramlıların nəzarət etdiyi bölgəyə daxil olan Böyük Qaladərəsi, Kiçik Qaladərəsi və Turşsu kimi kəndlərlə separatçıların arasındakı əlaqə kəsildi: bu, həmin ərazilərin də yaxın gələcəkdə ordumuzun tam nəzarətinə keçməsinə şərait yarada bilər;
- Separatçıların silah-sursat və canlı qüvvə toplamaq imkanları sıradan çıxarıldı;
İkincisi, siyasi nəticələrdir:
- Separatçıların alternativ yollarının bağlanması Bakının Xankəndi üzərində təsir imkanını artıracaq;
- Separatçıların Qarabağdakı erməni əhalisi üzərində təsirinin azalması ilə nəticələnəcək və bu, erməni əhalisi arasında inteqrasiyanın alternativi olmadığı rəyinin güclənməsinə şərait yaradacaq;
- Laçın yolunda olduğu kimi torpaq yollara da Bakının nəzarət etməsi qeyri-humanitar daşımaların qarşısının alınması ilə yanaşı, həm də lazım olanda bundan təsir rıçaqı olaraq da istifadə etmək imkanı verir;
- Və ən mühüm məqamlardan biri də odur ki, rəsmi Bakı bu addımlarla öz suveren ərazisində istədiyi kimi davranacağını və qeyri-qanuni fəaliyyətlərə imkan verməyəcəyini praktiki olaraq nümayiş etdirdi;
Baş verənlər deməyə əsas verir ki, artıq xəbərdarlıq yox, praktiki addımların atılması aktualdır.



Hərbçilərimiz Xankəndi-Xəlfəli-Turşsu yolunda bayrağımızı dalğalandırdılar
Ermənilər Qarabağda qanunsuz yol çəkir
Əlverişli mövqelər Bakının nəzarətində: hazırda bu plan üzrə iş gedir
Ordumuzun nəzarətinə keçən yüksəkliklər XƏRİTƏDƏ GÖSTƏRİLDİ
Araikin Bakıya təslimiyyət istəyi nəticədə isə...
Ermənilər Turşsudan nələr daşıyır?- ŞOK İDDİA
Qarabağda yeni əməliyyat başlaya bilər?
Ermənistan PKK-ya silah satır
Təxribatdan sonra Şuşada son durum necədir?
Bakı sərhəddə qoşun yığır- NƏ BAŞ VERİR?
Ərdoğan Qarabağda türk hərbçilərini aktivləşdirir
Ermənilər Xankəndidəki separatçıların “əski parçasını” təhqir etdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 