İranın Azərbaycandakı səfirini vaxtından əvvəl dəyişmək qərarı ətrafında müzakirələr səngimir.
ONN media xəbər verir ki, İran mediası İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti başa çatmadan geri çağırılmasının səbəbi haqda sensasiyalı məlumatlar yayır. İddia edilir ki, A.Musəvinin Azərbaycan hakimiyyəti ilə yaxın münasibətləri olub və bu səbəbdən İranda hətta onun geri çağırılması üçün petisiya da başladılıb.
Musəvinin Azərbaycan hakimiyyəti ilə yaxın münasibətə malik olmasının İrana hansı “ziyanlar” vurduğuna isə aydınlıq gətirilməyib. Ümumiyyətlə, Musəvi səfir kimi öz dövlətinin maraqlarını müdafiə edib, hətta vaxtilə ifşa edilən İran şəbəkəsinin etiraf etdiyi kimi, diplomatik missiyaya aid maşından qanunla qadağan edilən təbliğat vasitələrinin və digər əşyaların Azərbaycan ərazisinə gətirilməsi üçün istifadə olunub. Əksinə, Musəvi vaxtından əvvəl məhz bu fəaliyyətinə görə geri çağırılmalı idi və yaxud elə buna görə də səlahiyyətinə xitam verilib.
Qeyd edək ki, İran Azərbaycandakı səfirinin diplomatik fəaliyyətinə vaxtından əvvəl xitam verib və onu geri çağırıb. Mediada yayılan məlumata görə, onun əvəzinə Müctəba Dəmirçi Azərbaycana səfir təyin edilib. M.Dəmirçi bundan öncə Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib



İran Bakıdakı səfirini təcili geri çağırdı- SƏBƏB NƏDİR?
Seyid Abbas Müsəvi Tehrana çağırıldı: SƏBƏB NƏDİR?
İran Azərbaycana yeni səfir təyin etdi
İranlı nazir Azərbaycana səfər edəcək
İran səfiri XİN-ə çağırıldı
Hikmət Hacıyev İran səfiri ilə görüşüb
Azərbaycan, Rusiya və İran arasında nə müzakirə olunacaq?
İran səfirindən Laçın təbriki
Tehran Bakıdakı səfirini niyə geri çağırdı?
İranı fəlakət gözləyir- Nə baş verir?
Kamil Musəvi əməliyyat olundu — FOTO
İran diplomatından Azərbaycanla bağlı cəfəng iddia
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 