Restoranlar şəbəkəsini idarə edən "McDonald's Corp", şirkətin yenidən qurulmasının bir hissəsi olaraq korporativ işçilərini ixtisar edəcək. Şirkət əməkdaşlarını işdən çıxarılmaları barədə məlumatlandırmağa hazırlaşdığı üçün bu həftə ABŞ ofislərini müvəqqəti olaraq bağlayır.
ONN media xəbər verir ki, bu barədə Wall Street Journal məlumat yayıb.
Xəbərdə deyilir ki, keçən həftə ABŞ işçilərinə və bəzi beynəlxalq işçilərə göndərdiyi daxili e-poçtda McDonald's onlardan bazar ertəsindən çərşənbə gününə qədər evdən işləməyi xahiş edib.
Nə qədər işçinin ixtisar ediləcəyi bəlli deyil.
Aprelin 3-ü həftəsində vəzifələr və kadr sayı ilə bağlı qərarlar açıqlanacaq.
McDonald's, Reuters-in sorğusuna cavab verməyib.
"Fast-food" şəbəkəsi yanvar ayında yenilənmiş biznes strategiyasının bir hissəsi kimi korporativ kadr səviyyələrini nəzərdən keçirəcəyini bildirmişdi ki, bu da bəzi sahələrdə ixtisarlara, digərlərində isə genişlənməyə səbəb ola bilər.
2022-ci ilin sonundan etibarən bir sıra Amerika texnologiya şirkətləri də kütləvi ixtisarlar dalğasına başlayıb. Xüsusilə, Microsoft korporasiyası, Coinbase kriptovalyutası birjası, Meta, Twitter, Amazon, Netflix və digər şirkətlər ixtisarlar elan ediblər. (Marja)



McDonals restoranlarını bağlayır?
"MC Donalds"ın prezidenti istefa verib- SƏBƏB?
"MC Donals" yeni adla Rusiya bazarında
Ana Vətən Partiyasının sədri "McDonald's"a ETİRAZ ETDİ
"McDonald's"dan ORDUYA HÖRMƏTSİZLİK - Dəstək paylaşımlarını sildi
McDonald'sın baş direktoru İŞDƏN AZAD EDİLDİ - İşçisi ilə...
"McDonald's" salatından zəhərlənənlərin sayı 500-ü keçdi
"Google" ofislərini açmağa hazırlaşır: bu tarixdən...
"Twitter" kütləvi ixtisarlara başladı
“McDonald’s”-ın məhsulu 6 il çürümədi
McDonald`s-ın kokteylindən GÖRÜN NƏ ÇIXDI - FOTO
“Azərsun Holdinq”də nə baş verir?- 100 işçi...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 