Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdarı qəbul edib.
ONN media xəbər verir ki, Səlcuq Bayraqdarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə etdi.
Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək, Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirdi.
Azərbaycan Prezidenti bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi.
Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğuladı və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd etdi.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.



İlham Əliyev Selçuk Bayraktarı qəbul edib - YENİLƏNİB
İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul etdi
İlham Əliyev Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi (YENİLƏNDİ)
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
İlham Əliyev türkiyəli naziri qəbul edib
İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul etdi
İlham Əliyev Bəkir Şahini qəbul etdi
Prezident İlham Əliyev Ərdoğana zəng etdi
Azərbaycan və Türkiyə prezidentləri Ukraynadakı vəziyyəti müzakirə etdi
Prezident Türkiyənin ətraf mühit və şəhərsalma nazirini qəbul edib
Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 