Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru cənab Səlcuq Bayraqdar ilə görüşüb.
ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir bu əlaqələrin zaman keçdikcə daha da inkişaf etdiyini və gücləndiyini bildirib.
Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynadığı xüsusi vurğulanıb.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən S. Bayraqdar ölkəmizə səfərindən məmnun olduğunu və bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Sonda müdafiə naziri S. Bayraqdarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.



Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib
Zakir Həsənov Səlcuq Bayraqdarla görüşdü
Zakir Həsənov Haluk Görgünlə görüşdü
Zakir Həsənov türkiyəli nazir müavini ilə görüşdü
Zakir Həsənov türkiyəli generalla görüşdü
Həsənov pakistanlı generalla görüşdü
Zakir Həsənov Hulusi Akarla görüşüb
Zakir Həsənov Gürcüstanın müdafiə naziri ilə görüşdü -
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin etdi
Zakir Həsənov Hulusi Akarla görüşüb
Zakir Həsənov Şamşad Mirzan ilə görüşdü
Zakir Həsənov Çin səfiri ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 