Yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu təsdiqlənib.
ONN media xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında hüquqşünas Ərşad Hüseynov deyib ki, “Yol hərəkəti haqqında” qanunun 57-ci maddəsinə görə, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin yollarda hərəkəti üçün xüsusi icazə almaq lazımdır:
“Xüsusi icazədə isə həmin avtomobillərin marşrutu, hərəkət qrafiki və s. müəyyən olunur. Hətta bəzi hallarda bu nəqliyyat vasitələrinin yollarda hərəkətinə yalnız Yol Patrul Xidmətinin avtomobili və ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi avtomobilinin müşayiətilə icazə verilir.
Bu nəqliyyat vasitələrinin hansı hallarda ağırçəkili və iriqabaritli sayılması isə Nazirlər Kabinetinin 104 saylı qərarında göstərilir. Adi avtomobillərin eni 2-2.40 olduğu halda, iriqabaritlinin üstündə bölünməz yükün eni 4 metrdir. Bu avtomobil tək yola çıxdığı zaman 2 zolağı tutur, belə yolda isə hərəkət təhlükəlidir. Həmçinin, ümumi istifadə olunan yollarda icazə verilən maksimum kütlə var. Bu isə avtomobillərin oxlarının sayından asılıdır. Məsələn, ikioxlu avtomobil üçün icazə verilən maksimum kütlə 18 tondur. Bundan artıq olduqda xüsusi icazə alınmalıdır. Çünki bu halda avtomobil həm asta gedəcək, həm də ağır olduğuna görə yol qurğularına (körpü və s.) ziyan verə bilər. İcazəni verən qurumlar isə bilir ki, hansı yoldan keçdiyi zaman bu avtomobillər ora ziyan verməyəcək”.
Ekspert bildirib ki, bu icazə ümumi istifadə olunan yollar üçün keçərlidir:
“Bu icazə Azərbaycan avtomobil yollarının əsas balans saxlayıcı qurumu kimi AAYDA və Baş Dövlət Yol Polisi İdarəsiylə razılaşdırılaraq verilir. Bir qayda olaraq icazə son ünvana qədər yük maşınları ilə getməsi xüsusilə mühüm və ya bölünməz yükləri (məsələn, neft emalı zavoduna gətirilən nəhəng çənlər, hissələrə bölünməyən digər vasitələr) daşıyan vasitələrə verilməlidir. 50 manat da bu xidmətin qarşılığı olaraq dövlət büdcəsinə keçirilir”.



Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qayda dəyişdi - QƏRAR
Yük avtomobili sürücülərinin NƏZƏRİNƏ: Cərimələr artırılır
Əli Əsədov qərar imzaladı
Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər?
İlham Əliyev 2 fərman imzaladı
Bu yolda hərəkət 2 ay məhdudlaşdırılır
Yük maşını sürücülərinin nəzərinə
Bu maşınlar 7 min manatadək cərimələnəcək
Kəlbəcər yolu buz bağladı, 13 dərəcə şaxta var
Yol polisi sürücülərə müraciət etdi - Belə hallar tez-tez baş verir
Qar hansı yolları bağlayıb? - AÇIQLAMA
Yol polisindən sürücü və piyadalara MÜRACİƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 