Ermənistan parlamentində müdafiə nazirinin müavini Arman Sarkisyan, Baş Qərargah rəisi Edvard Asryan və hərbi əks-kəşfiyyat baş idarəsinin rəis müavini Aşot Xaçatryanın iştirakı ilə qapalı iclas keçirilib.
ONN media xəbər verir ki, parlament müxalifətinin təşəbbüsü ilə keçirilən iclasda sərhəddə baş verən son toqquşma, o cümlədən, Azərbaycan Ordusunun Dığ (Tex) kəndi istiqamətində dövlət sərhədini de-fakto dəqiqləşdirərək, strateji yüksəkliklərə nəzarəti bərpa etməsi müzakirə olunub.
Qapalı iclasda müzakirələrlə bağlı müəyyən məlumatlar Ermənistan mediasına sızıb.
“Hraparak” nəşri yazır ki, ordu rəhbərliyi baş verən toqquşmaya görə günahı Rusiyanın üzərinə atıb.
“Baş qərargah rəisi bildirib ki, martın 31-də Azərbaycan ordusu Rusiya zirehli texnikasının yanından keçərək, Dığ kəndi istiqamətində irəliləyib, sülhməramlılar onlara məlumat versəydi, bunun qarşısını alardılar. Arsyan qeyd edib ki, aprelin 1-də yeni Laçın yolunun istifadəyə veriləcəyini bilirdilər və hərbi mövqelərini dəyişdirməli, əlverişli mövqelər tutmalı idilər, lakin bunu etməyiblər. O bildirib ki, bu məsələdə siyasi və hərbi rəhbəriyin uğursuzluğa düçar olduğunu demək mümkündür, lakin məsələ o demək deyil ki, cəmiyyətdən gizlin delimitasiya-demarkasiya prosesi aparılır”, - nəşr yazır.
Ermənistanın keçmiş müdafiə naziri, hazırda deputat olan Seyran Ohanyan isə qapalı iclasdan sonra “azatutyun”a açıqlamasında hakimiyyəti və ordu rəhbərliyini ittiham edib. O qeyd edib ki, baş qərargah rəisi iclasda səhvlərini etiraf etdi və deyilənlərdən belə nəticə çıxır ki, Ermənistanın hərbi rəhbərliyi Azərbaycan ordusundan çəkinir, əks təqdirdə, onlar (azərbaycanlılar) Dığ istiqamətində hərəkət edəndə öncədən əlverişli mövqelər tutulmalı idi.



Ermənistan parlamentində Azərbaycanla bağlı qapalı iclas
Ermənistan ordusunda yeni təyinat olub
MDB-nin Qərargah Rəisləri Bakıya gəlib
MDB Qərargah rəisləri Bakıya gələcək
Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi
Ermənistan Baş Qərargah rəisinin müavini işdən çıxarıldı
Türkiyə Ali Hərbi Şuranın iclası keçirildi
Paşinyan təcili toplantı keçirdi: erməni ordusunun itkiləri MÜZAKİRƏ OLUNUR
SON DƏQİQƏ: Azərbaycan Ordusu Zəngəzur istiqamətində irəlilədi
General-polkovnik Kərim Vəliyev komandolarla görüşdü
“Qafqazdakı əsas müttəfiqimiz Ermənistandır” – Rusiya Baş Qərargah rəisi
Paşinyan Laçın dəhlizi ilə bağlı çıxılmaz vəziyyətdə
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 