Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən ötən həftə ərzində silsilə mülki müdafiə kursları keçirilib.
ONN media xəbər veri ki, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Gəncə Regional Mərkəzi tərəfindən “Radiasiya-kimya müşahidə postu köməkçiləri”, Muğan və Cənub Regional mərkəzləri tərəfindən “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.
Kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.
Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlardan istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.



Ermənistanın mülki əhaliyə vurduğu ziyanla bağlı YENİ XƏBƏR
İşə qəbul üzrə imtahanların nəticələri məlum olub
Yardımlıda meşələrindəki yanğın söndürüldü
Hindistanda itkin düşən turistin aqibəti necə oldu?
Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur - MN
Qəbələdəki yanğının genişlənməsinin qarşısı alındı
SON DƏQİQƏ: Yardımlı meşələrində yanğın başlayıb - FHN
Əli Əsədov Rusiya FHN rəhbəri ilə görüşdü
FHN -dən Şirvanda şadlıq evində zəhərlənmə barədə məlumat
Ağsuda yenidən yanğın başladı
Şahdağ Milli Parkının ərazisində yanğın başladı
Hirkan Milli Parkında yanğınla bağlı SON MƏLUMAT - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 